Bir oğlan varmış, hər gün səhər evdən çıxanda atası ona 100
$ pul verirmiş ki xərcləsin, o da pulu alıb axşama evə qayıdanda pulsuz
gəlirmiş.Beləcə davam edərmiş, günlərin bir günü atası oğluna 100 $ verənde
deyir ki, oğlum evə gələndə evə 1 kilo ət alarsan.Oğlan baş üstə deyib
gedir.Ancaq ət almağı unudur, axşam evə qayıdanda baxır ki, pulu yoxdu ət
almağa, atasının yanında xəcalətli olacaq.Tez gedir məhəllədəki bir qəssabın
yanına deyir ki, ay qəssab mənə 1 kilo ət ver, səhər saat 10-da pulun artıqlaması
ilə verərəm.Qəssab razılaşır, ancaq bir şərt qoyur, deyir ki, əgər səhər saat
10-da pulu gətirməsən mən sənin budundan 250 qram kəsəcəm.Oğlan çarəsiz qalıb
razılaşır, əti alıb evə aparır.Ancaq sabahısı səhər saat 10-da qəssabın yanına
gecikir.Qəssab saata baxıb deyir ki, gec gəlmisən şərtimiz şərtdir, mən sənin
budundan 250 qram kəsməliyəm.Camaat toplaşır oğlanən anası-atası gəlir qəssaba
yalvarır xeyri olmur.Qəssab deyir kişi kimi şərt kəsmişik vəssalam
kesmeliyem.Bu məqamda oğlanın bacısı gəlib qəssaba nəsə deyir, qəssab həmin
anda bıçağı yerə atıb, kəsməkdən vaz keçir.
Cavablar müəyyən müddətdən sonra yerləşdiriləcək...
Cavablar müəyyən müddətdən sonra yerləşdiriləcək...
Комментариев нет:
Отправить комментарий