пятница, 29 ноября 2013 г.

Məntiqi tapmacalar

1) Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?

2) Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?

3) 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?

4)Bir kişinin 3 uşağı var.1cisi kişinin yaşının 1ci rəqəmi yaşındadır,ikincisi kişinin yaşının 2 ci rəqəmi yaşındadır,3-cüsü isə bu rəqəmlərin cəmi yaşındadır.Heç birisinin yaşları eyni deyil.Kişinin və uşaglarının yaşının cəmi 45-dir.Belə olduğu halda kişinin neçə yaşı var?

5) Krandan su gəlir, ondan sonra nə gəlir?

6)Əsgərin biri əsir aldığı diəer əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?

7) Saat nə qədər işləyir

8) Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?

9) Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanə satır nə də yalan danışır. Axund nə deyir?

10)Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?

11) Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.

12) 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?

13) 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?


14)Hansı bağda ağac bitməz?

7 комментариев: