пятница, 29 ноября 2013 г.

Məzəli suallar

1.Quyruğuna tava bağlanmış bir it hansı surətlə qaşmalıdır ki, tavanın danqa durung səsini eşitməsin?

2. 10 mərtəbəli binada lift var. Binanın 1-ci mərtəbəsində cəmi 2 nəfər yaşayır. Her 1 mərtəbə qalxdıqca bu say 2 dəfə artır. Bu binanın liftində hansı mərtəbənin düyməsi daha çox basılır?

3. Bu nı ola bilır. 2 baş, 2 əl, 6 ayaq. Yeriyəndə ancaq 4 ayaq istifadə olunur.

4. O nədir ki ehtiyac duyanda atırlar..ehtiyac olmayanda isə qaldırırlar...


5.Yağış yağanda dovşan hansı ağacın altında oturur?

Məntiqi tapmacalar

1) Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?

2) Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?

3) 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?

4)Bir kişinin 3 uşağı var.1cisi kişinin yaşının 1ci rəqəmi yaşındadır,ikincisi kişinin yaşının 2 ci rəqəmi yaşındadır,3-cüsü isə bu rəqəmlərin cəmi yaşındadır.Heç birisinin yaşları eyni deyil.Kişinin və uşaglarının yaşının cəmi 45-dir.Belə olduğu halda kişinin neçə yaşı var?

5) Krandan su gəlir, ondan sonra nə gəlir?

6)Əsgərin biri əsir aldığı diəer əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?

7) Saat nə qədər işləyir

8) Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?

9) Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanə satır nə də yalan danışır. Axund nə deyir?

10)Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?

11) Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.

12) 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?

13) 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?


14)Hansı bağda ağac bitməz?

Məntiq

Saatda 2 Dəfə Amma Saniyədə 1 Dəfə Olan Nədir?

1.Bir gün dunyaya bir uşaq gəlir və bu uşağın valideyinləri belə bir qərara gəlirlər ki,bu uşağın hər ad günündə kassaya 1 qızıl salsınlar.
Vaxt gəlir keçir və o uşaq böyüyür artıq onun 40 yaşı olur və o belə bir qərara gəlir ki,bu kassanı sındırıb içində ki,qızılları çıxartsın və kassanı sındıran zaman ordan 40 yox 10 qızıl çıxır.
Sizcə Niyə 40 yox 10 qızıl ????
-
2.Bir gun bir Gözətçi eşidir ki,Şah ova getməyə hazırlaşır və Göətçi qaça-qaça gəlir Şahın yanına və deyir,Şah sağolsun mən sizə bir söz demək istəyirəm,Siz bu gün ova getməsəniz daha yaxşı olar
Şah soruşur : niyə?
Gözətşi deyir : Mən axşam yuxumda görmüşəm ki,Sizi bu gün ovda öldürürlər.
Şah Cəlladları çağırır və deyir,Kəsin bu Gözətçinin Başını!
Sizcə Şah niyə ona yaxşılıq etmək istəyən Gözəçinin başını kəsdirir????

Tapın görək!!!

"Topkapı ya gedərkən yolda yeddi arvadı olan bir adamla tanış oldum. Hər qadın yeddi çanta daşıyırdı. Hər çantada da yeddi pişik vardı. Hər pişiyin də yeddi balası vardı. Pişik balaları pişiklər çantalar qadınlar - Cəmi neçə adam Topkapı ya gedir ?"

Məntiq)))

Bir kişi yeni tikilmiş hündürmərtəbəli binada 10-cu mərtəbədə yaşayır. O işdən yorğun halda evinə gəlirdi.Lakin o evinə lift vasitəsilə çıxarkən birbaşa 10-cu düyməni basmır. 5-ci düyməni basır və pilləkənlərin geriyə qalan hissəsini yorğun vəziyyətdə ayaqla çıxır.

Sual: Kişi nə üçün belə edir?

1-3 deyir
2-3 deyir
3-2 deyir
4-4 deyir
5-3 deyir
6-4 deyir
7-5 deyir
8-6 deyir
9-? bəs nə deyir cavabi izah edin

10-2 deyir

Maraqlı suallar

1)Bir qiz yol ile gedir. Bir oglan onunla tanish olmaq isteyir ve qizi teqib edir. Bir az gedenden sonra qiz sol eli ile elini sacina qoyur. Bunu goren oglan derhal qizdan el cekir. Qiz neyi isare etdi?


2)O nedi ki, Babada var nenede yox.
Balada var, nevede yox



3)Bunu tapan saytin en agilli istifadecisidir. 5 dene tek reqemi toplayib 32 cavabi alin. ( Vurma, bolme, cixma olmaz. Ancaq toplama ve ancaq tek reqem. Cut reqem olmaz.)

Maraqlı məntiqi sual

Bir oğlan varmış, hər gün səhər evdən çıxanda atası ona 100 $ pul verirmiş ki xərcləsin, o da pulu alıb axşama evə qayıdanda pulsuz gəlirmiş.Beləcə davam edərmiş, günlərin bir günü atası oğluna 100 $ verənde deyir ki, oğlum evə gələndə evə 1 kilo ət alarsan.Oğlan baş üstə deyib gedir.Ancaq ət almağı unudur, axşam evə qayıdanda baxır ki, pulu yoxdu ət almağa, atasının yanında xəcalətli olacaq.Tez gedir məhəllədəki bir qəssabın yanına deyir ki, ay qəssab mənə 1 kilo ət ver, səhər saat 10-da pulun artıqlaması ilə verərəm.Qəssab razılaşır, ancaq bir şərt qoyur, deyir ki, əgər səhər saat 10-da pulu gətirməsən mən sənin budundan 250 qram kəsəcəm.Oğlan çarəsiz qalıb razılaşır, əti alıb evə aparır.Ancaq sabahısı səhər saat 10-da qəssabın yanına gecikir.Qəssab saata baxıb deyir ki, gec gəlmisən şərtimiz şərtdir, mən sənin budundan 250 qram kəsməliyəm.Camaat toplaşır oğlanən anası-atası gəlir qəssaba yalvarır xeyri olmur.Qəssab deyir kişi kimi şərt kəsmişik vəssalam kesmeliyem.Bu məqamda oğlanın bacısı gəlib qəssaba nəsə deyir, qəssab həmin anda bıçağı yerə atıb, kəsməkdən vaz keçir.

Cavablar müəyyən müddətdən sonra yerləşdiriləcək...