пятница, 29 ноября 2013 г.

Diqqətçillik testi

     SSRİnin diqqətçilik testi 

1-dən 90-a qədər olan ədədlər müxtəlif cür səpələnib. 

Məqsəd də bu ədədləri ardıcıl tapmaqdır.

Əgər, siz bu işin öhdəsindən 5-10 dəqiqə ərzində 

gəlmisinizsə, çox diqqətcilsiniz və müşahidə qabiliyyətiniz 

yüksəkdir.

10-15 dəqiqə: yaxşı 

15-20 dəqiqə: orta

20-25 dəqiqə: qənaətbəxş


Sual 1





Beş balıqçı beş balığı beş dəqiqəyə tuta 

bilirsə, 50 balıqçı 50 balığı neçə dəqiqəyə 

tuta biləcək?

Sual)))

Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
__________>> bu üç gün qadınların yalan deyən günüdü

Cümə axşamı
Cümə
Şənbə
__________>>bu üç gün də kişilərin yalan deyən günüdü
Bazar günü _____>> her ikisinin ( kişi və qadın ) ortaq doğru danışan günüdü.

SUAL: Kişi deyir ki, mən dünən yalan danışmışam, qadın mən də deyə cavab verir. Bu gün hansı gündü?

Məzəli suallar

1.Quyruğuna tava bağlanmış bir it hansı surətlə qaşmalıdır ki, tavanın danqa durung səsini eşitməsin?

2. 10 mərtəbəli binada lift var. Binanın 1-ci mərtəbəsində cəmi 2 nəfər yaşayır. Her 1 mərtəbə qalxdıqca bu say 2 dəfə artır. Bu binanın liftində hansı mərtəbənin düyməsi daha çox basılır?

3. Bu nı ola bilır. 2 baş, 2 əl, 6 ayaq. Yeriyəndə ancaq 4 ayaq istifadə olunur.

4. O nədir ki ehtiyac duyanda atırlar..ehtiyac olmayanda isə qaldırırlar...


5.Yağış yağanda dovşan hansı ağacın altında oturur?

Məntiqi tapmacalar

1) Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?

2) Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?

3) 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?

4)Bir kişinin 3 uşağı var.1cisi kişinin yaşının 1ci rəqəmi yaşındadır,ikincisi kişinin yaşının 2 ci rəqəmi yaşındadır,3-cüsü isə bu rəqəmlərin cəmi yaşındadır.Heç birisinin yaşları eyni deyil.Kişinin və uşaglarının yaşının cəmi 45-dir.Belə olduğu halda kişinin neçə yaşı var?

5) Krandan su gəlir, ondan sonra nə gəlir?

6)Əsgərin biri əsir aldığı diəer əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?

7) Saat nə qədər işləyir

8) Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?

9) Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanə satır nə də yalan danışır. Axund nə deyir?

10)Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?

11) Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.

12) 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?

13) 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?


14)Hansı bağda ağac bitməz?

Məntiq

Saatda 2 Dəfə Amma Saniyədə 1 Dəfə Olan Nədir?

1.Bir gün dunyaya bir uşaq gəlir və bu uşağın valideyinləri belə bir qərara gəlirlər ki,bu uşağın hər ad günündə kassaya 1 qızıl salsınlar.
Vaxt gəlir keçir və o uşaq böyüyür artıq onun 40 yaşı olur və o belə bir qərara gəlir ki,bu kassanı sındırıb içində ki,qızılları çıxartsın və kassanı sındıran zaman ordan 40 yox 10 qızıl çıxır.
Sizcə Niyə 40 yox 10 qızıl ????
-
2.Bir gun bir Gözətçi eşidir ki,Şah ova getməyə hazırlaşır və Göətçi qaça-qaça gəlir Şahın yanına və deyir,Şah sağolsun mən sizə bir söz demək istəyirəm,Siz bu gün ova getməsəniz daha yaxşı olar
Şah soruşur : niyə?
Gözətşi deyir : Mən axşam yuxumda görmüşəm ki,Sizi bu gün ovda öldürürlər.
Şah Cəlladları çağırır və deyir,Kəsin bu Gözətçinin Başını!
Sizcə Şah niyə ona yaxşılıq etmək istəyən Gözəçinin başını kəsdirir????