понедельник, 25 ноября 2013 г.

Korrupsiyaya qarşı mübarizə haqqında qanun


Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının
alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün
əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə
orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və
səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi,
peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında
qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar
hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Korrupsiyanın anlayışı
Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın
statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli
gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən
qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz
olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə
həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
M a d d ə 2 . Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri
2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların
subyektləridirlər:
2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçuları;
2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə
və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat
subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını
həyata keçirən şəxslər;
2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə
namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat
funksiyalarını həyata keçirən şəxslər;
2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini
yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat
funksiyalarmı həyata keçirən şəxslər;
2.1.9.öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər əldə edən şəxslər;
2.1.10. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya
belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər.
2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun
məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.
M a d d ə 3 . Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun
ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq
edilir.
M a d d ə 4 . Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar
4.1. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində
korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar
hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda,
korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq
mühafizə orqanları həyata keçirirlər.
4.2. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan
funksiyalarmı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyası (bundan sonra "Komissiya") həyata keçirir.
4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti
orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri
qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.
II fəsil
KORRUPSİYANIN QARŞISININ ALINMASI
M a d d ə 5 . Maliyyə xarakterli tələblər
5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı
məlumatları təqdim etməlidirlər:
5.1.1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
5.1.2.vergitutma obyekti olan əmlakı barədə;
5.1.3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə
vəsaitləri barədə;
5.1.4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində
səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
5.1.5.şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu
barədə;
5.1.6.şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli
digər öhdəlikləri barədə.
5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə
müəyyən edilmiş qaydada tələb edilə bilər.
M a d d ə 6 . Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət
6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci
maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi
nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.
6.2. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl
olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.
6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş
məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən
natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin
intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə
cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə
həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.
6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl
etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.
M a d d ə 7 . Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə
nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç
bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin
pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü
olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə
keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən
azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad
olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta
bilərlər.
Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu
cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat
qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya
digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti
vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində
nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən
istifadə hallarına şamil olunmur.
8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı
fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya
bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr
şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli
özünüidarəetmə orqanına məxsus hesab edilir.
8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən
istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin
rəyini öyrənməlidir.
8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların
icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər
hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər
təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt
üzrə təhvil verilməlidir.
III fəsil
KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALAR VƏ BU
HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT
M a d d ə 9 . Korrupsiya ilə əlaqədar hüquqpozmalar
9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya
hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.
9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:
9.2.1.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar
hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması
müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi
və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya
vədi qəbul etməsi;
9.2.2.xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı
hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində
vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs
tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;
9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina
olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər
üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;
9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən
və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı
qiymətə (tarifə) əldə edilməsi;
9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya
icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir
götürməsi;
9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı
yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd
edilməsi və ya verilməsi;
9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair
nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair
nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin
qəbul edilməsi.
9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan
hüquqpozmalar sayılır:
9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət
növü ilə məşğul olmaq;
9.3.2.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən
və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə
maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə
fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də
subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında
qanunsuz kömək etmək;
9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat
subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil
olmaq;
9.3.4.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən
və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə
onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının
fəaliyyətinə qanunsuz müdaxilə etmək;
9.3.5.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən
və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə
şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;
9.3.6.normativ hüquqi aktların və digər orqanların qəbul edilməsi zamanı fiziki
və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;
9.3.7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona
hesabat verən orqanların işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi
qismində iştirak etmək;
9.3.8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş
məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə
məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş
məlumatlar vermək;
9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə
tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;
9.3.10.dövlət orqanları və ya yerli özünüidarəetmə orqanlarının maddi və
maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının
seçki fonduna vermək;
9.3.11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına,
dövlət orqanlarının və ya yerli özünüidarəetmə orqanlarının təsərrüfat
subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət
strukturlarına vermək;
9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata
keçirilməsində süni maneələr yaratmaq;
9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı
səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz
olaraq vermək.
9.4. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini
tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə
əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.
M a d d ə 1 0 . Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli
şəxslərin məsuliyyəti
10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən
edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb
olur.
10.2.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş
hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti
yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
10.3.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti
tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
10.4.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların
törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi
hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam
məsuliyyətinə səbəb olur:
10.4.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan
bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir.
10.4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu
maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə
aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki
komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində
şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə
orqanına məlumat verir.
10.4.3.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə
namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun
9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində
Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.
10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları
törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi
məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.
M a d d ə 1 1 . Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi
şəxslərin məsuliyyəti
11.1.Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş
fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada
cərimə edilirlər.
11.2.Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarmı törətmiş
hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilir və ya
onların fəaliyyətinə xitam verilir.
IV fəsil
KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARIN
NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI
M a d d ə 1 2 . Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə
edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi
12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə
edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir.
Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya
onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini
könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun
dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət
orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə
tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görülə bilər.
M a d d ə 1 3 . Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul
olunmuş aktların ləğv edilməsi
Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar
müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya
digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.
M a d d ə 1 4 . Qanunun qüvvəyə minməsi
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
№ 4, maddə 285)
2. 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 9)
3. 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 10, maddə 934)
4. 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№12, maddə 1219)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №
10, maddə 934) ilə 4.2-ci maddəsində "Dövlət Qulluğunu İdarəetmə Şurası
yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya" sözləri "Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası" sözləri ilə
əvəz edilmişdir.
1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə
285) ilə 5.1-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü
ilə əvəz edilmişdir.
1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə
285) ilə 5.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş və müvafiq dövlət
orqanlarına təqdim olunan məlumatlar kommersiya və ya bank sirri hesab
olunur. Bu məlumatların yayılması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur. Göstərilən məlumatlar yalnız korrupsiya ilə əlaqədar hüquqpozma
törədilməsi ilə əlaqədar Komissiya tərəfindən və ya belə hüquqpozmalara
görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən
tələb edilə bilər. Bu hallarda göstərilən məlumatlar yalnız məhkəmənin qərarı
əsasında verilir.
1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə
285) ilə 6.2-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü
ilə əvəz edilmişdir.
7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№12, maddə 1219) ilə 8-ci maddəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 8 . Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
8.1. Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar dəyəri şərti maliyyə vahidinin əlli mislindən yuxarı olan hədiyyələr şəxsin
xidməti vəzifəsini (səlahiyyətini) həyata keçirdiyi dövlət orqanına və ya yerli
özünüidarəetmə orqanına məxsus hesab edilir. Alınmış hədiyyə şəxsi istifadə üçün
nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs onun dəyərinin göstərilən həddən artıq
hissəsini xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və
ya yerli özünüidarəetmə orqanına ödəmək şərti ilə bu hədiyyəni əldə edə bilər.
8.2. Fiziki və hüquqi şəxslərə mülki-hüquqi əqdlərin bağlanması və ya onların
icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər
hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
8.3. Bu Qanunun 8.1-8.2-ci maddələrində göstərilən qaydaların pozulması bu
Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 876) ilə
10.4.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
10.4.4. Hakimlər bu Qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə,
korrupsiyaya qarşı mübarizə aparan orqan Azərbaycan Respublikası Ali
Məhkəməsinin intizam kollegiyasında baxılması və intizam tədbirlərinin
görülməsi üçün bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədrinə məlumat verir.

1 комментарий:

  1. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    ОтветитьУдалить