Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununun 26.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin
7.3-cü bəndinə əsasən hazırlanmışdır və bakalavrların və digər ali təhsilli
şəxslərin ali təhsil müəssisələrinin magistraturalarına qəbulu qaydalarını
müəyyən edir.
1. Ümumi müddəalar
1.1. Ali təhsil müəssisələrinin magistraturalarına
qəbul olunmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra
- bakalavrlar) malikdirlər.
1.2. Magistraturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.
1.3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.
1.5. Magistraturalara qəbul Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TDQK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

2. Ərizələrin qəbul edilməsi
2.1. Bakalavrlar qəbul imtahanında iştirak etmək
üçün TQDK-nın rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni
doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına aşağıdakı
sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1.
Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi
pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət
vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların
ailə üzvləri isə qaçqın vəsiqələrini;
2.1.2. bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla));
2.1.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı ;
2.1.4. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı
2.1.5. magistraturada təhsil almış şəxslər magistraturada təhsillərinin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında ali təhsil müəssisəsi tərəfindən verilən arayış təqdim etməlidirlər (Əlavə 3).

2.2. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini təqdim edirlər.
3. Müsabiqənin keçirilməsi
3.1. Bakalavrların seçdikləri ixtisaslaşmalar
üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal
(balların cəmi) əsasında aparılır.
Magistraturaya qəbul üzrə müsabiqənin birinci mərhələsində test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələsində isə ixtisas sahəsində bilikləri yoxlanılır.
3.2. Birinci mərhələdəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar. Onlar müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq “İxtisaslaşma seçimi cədvəli”nə əsasən, bitirdikləri bakalavr ixtisasına uyğun gələn qəbul proqramlarından birini seçib təsdiq edirlər.
3.3. İkinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə yoxlanılır. Seçdiyi qəbul proqramından asılı olaraq bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməlidirlər.
3.4. Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla, dövlət sifarişi ilə qəbulun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbul planı çərçivəsində həyata keçirilir.
3.5. Ali təhsil müəssisələrinin magistraturalarına müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.
3.6. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

3.6.1.
ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal;
3.6.2. bakalavriat səviyyəsi üzrə orta qiymət balı;
3.6.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

3.6.4. xarici dil üzrə testdən toplanılan bal.
3.7. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə aparıla bilər.
3.8. Magistraturaya qəbul zamanı bakalavrlar tərəfindən xarici dil seçimi bu Qaydalar ilə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla aşağıdakı qaydada həyata keçirilir:
3.8.1. Tədrisi Azərbaycan dilində olan
ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar - ingilis, alman, fransız və
ya rus dilini;
3.8.2. Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar - ingilis, alman və ya fransız dilini;
3.8.3. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər.

3.9. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər.
3.10 Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
3.11. Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər.
3.12. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların ingilis dili üzrə topladığı ballar TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisas¬laşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.
4.
İxtisaslaşma seçimi
4.1. Ali təhsil
müəssisələrinin magistratura səviyyəsinə qəbul olun¬maq üçün ixtisaslaşma
seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır.
İxtisaslaşma seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların
cəmi) ilə yanaşı, ixtisas üzrə topladığı bal da TQDK tərəfindən müəyyən edilən
müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
4.2. Bakalavr seçdiyi qəbul proqramına aid və “İxtisaslaşma seçimi cədvəli”nə əsasən bitirdiyi bakalavr ixtisasına uyğun gələn 20-dək ixtisaslaşmanı seçir, öz elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və TQDK tərəfindən müəyyən edilən 5 günədək müddətdə ixtisaslaşma seçimini təsdiq edir.
4.3. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların siyahısında birinci olanına yerləşdirilir.

5.
Yekun müddəalar
5.1. Təhsilalma
formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş
bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 günədək
müddətdə qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan
keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi
onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi
qiymətləndirilir.
5.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
5.3. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
5.4. Müsabiqənin keçirilməsi zamanı bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

5.4.1. saxta sənəd təqdim etmək;
5.4.2. imtahanlara mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
5.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
5.4.4. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq, zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
5.4.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
5.4.6. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
5.4.7. cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

5.5. Bakalavrın bu Qaydaların 5.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun barəsində müsabiqənin nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Комментариев нет:
Отправить комментарий