четверг, 28 ноября 2013 г.

Məntiq üzrə nümunələr socar

MӘNTİQİ TӘFӘKKÜRÜN YOXLANMASI ÜZRӘ

PROQRAM VӘ TEST NÜMUNӘLӘRİ

ÖZLÜ MӘNTİQİ TӘFӘKKÜR

1. Cümlәnin mәntiqi tamamlanması

2. Digәrlәrindәn fәrqlәnәn sözün tapılması

3. Analogiyaya görә sözün seçilmәsi

4. Mәtnin tәnqidi tәhlili

FӘZA TӘFӘKKÜRÜ

5. Şәklin mәntiqi tamamlanması

6. Fiqurlar sırasının davam etdirilmәsi

7. Digәrlәrindәn fәrqlәnәn fiqurun tapılması

8. Analogiyaya görә şәklin seçilmәsi

MӘNTİQİ RİYAZİ TӘFӘKKÜR

9. Riyazi qanunauyğunluğun müәyyәn edilmәsi

10. Mәntiqi mәsәlәnin hәlli

11. İşarәlәr arasında qanunauyğunluğun müәyyәn edilmәsi


TEST TAPŞIRIQLARI NÜMUNӘLӘRİ

Mәntiqi tәfәkkürü yoxlayan testlәr 3 bölmәdәn ibarәtdir: sözlü 

mәntiqi tәfәkkür, fәza tәfәkkürü, mәntiqi riyazi tәfәkkür. Aşağıda 

sizә bu bölmәlәr üzrә test tapşırıqlarının nümunәlәri verilir. Burada 

mәqsәdimiz testlәrin yerinә yetirilmәsinin effektivliyini artırmaq 

üçün Sizi tapşırıqların növlәri ilә tanış etmәkdir.


SÖZLÜ MӘNTİQİ TӘFӘKKÜR

Sözlü mәntiqi tәfәkkürә aid olan testlәrlә söz ehtiyatının zәnginliyi, 

sözlә ifadә olunmuş mәlumatı analiz, sintez, müqayisә etmә, 

ümumilәşdirmә, fikrәn ayırma qabiliyyәti, müxtәlif sözlәrin 

istifadәsindә incәliklәri hissetmә qiymәtlәndirilir. Sözlü mәntiqi 

tәfәkkürü yoxlamaq üçün testlәr 4 altbölmәdәn ibarәtdir:

1.Cümlәnin mәntiqi tamamlanması

Nümunә:

“İşlәmәyәn dişlәmәz” vә “...” atalar sözlәri eyni mәna daşıyırlar.

A) Zәlzәlәni görәn yanğına razı olar

B) Dәmiri isti-isti döyәrlәr

C) Zәhmәt olan yerdә qeybәt olmaz

D) Zәhmәtsiz bal yemәzlәr

E) Zәrәrdәn qorxan xeyir görmәz

İzahat:

Düzgün cavab – D, çünki “İşlәmәyәn dişlәmәz” atalar sözü ilә eyni 

mәna daşıyan yeganә cavab variantı “Zәhmәtsiz bal yemәzlәr” 

variantıdır.

2. Digәrlәrindәn fәrqlәnәn sözün tapılması

Nümunә:

Sizә verilәn beş sözdәn dördü arasında mәntiqi әlaqә var. Bu 

mәntiqi әlaqәyә uyğun olmayan, artıq sözü tapın.

A) üçbucaq B) dördbucaqlı

C) beşbucaqlı D) konus

E) düzbucaqlı

İzahat:

Düzgün cavab – D, çünki bu yeganә fәza fiqurudur, digәrlәri 

müstәvi fiqurlardır.

3.Analogiyaya görә sözün seçilmәsi

Nümunә 1:

Sizә iki söz verilib. Bu sözlәr arasında mәntiqi әlaqәyә әsaslanaraq, 

analogiyaya görә düzgün cavabı seçin (sözlәr arasında ardıcıllıq 

vacibdir).

Lәçәk: çiçәk

A) ülgüc: ot

B) burun: baş

C) göz: növ

D) tala: әkmәk

E) әl: barmaq

İzahat:

Düzgün cavab – B. Tapşırıqda iki söz verilib: “lәçәk: çiçәk”. Bu 

sözlәr arasında münasibәt “tamın hissәsi - tam”- dır. Yәni “lәçәk” 

(tamın hissәsi) “çiçәyin” (tamın) bir hissәsidir. Belәliklә, bu 

mәntiqi 

әlaqәyә analoji olan cavab variantını tapmalıyıq. E cavab 

variantında, “әl: barmaq” sözlәri arasında münasibәt “tam - tamın 

hissәsi”- dir, yәni eyni mәntiqi әlaqәdir, lakin sözlәr arasında 

ardıcıllığı nәzәrә alsaq bu düzgün cavab deyil.

Sözlәr arasında ardıcıllığın vacib olmasını nәzәrә alsaq, B cavab 

variantı “burun: baş” bu әlagәyә analoji olan yeganә cavab 

variantıdır.

Nümunә 2:

Sizә üç söz verilib. Birinci iki söz arasında mәntiqi әlaqәyә 

әsaslanaraq, analogiyaya görә üçüncü sözә uyğun olanı seçin.

Metrә: mәsafә, dәqiqә: ?

A) apparat B) yarış C) vaxt D) hәcm E) dәrs

İzahat:

Düzgün cavab – C. Tapşırıqda üç söz verilib: “Metrә: mәsafә” vә 

“dәqiqә”. Birinci iki söz arasında münasibәt “Metrә ilә mәsafә 

ölçülür”, analoji olaraq “dәqiqәdәn vaxt ölçülür”.

4. Mәtnin tәnqidi tәhlili

Nümunә:

Verilәn mәtni analiz edәrәk, suala cavab verin.

Kamal, Sәlim, Ramin, Bәhram vә Kәnanın öz stolları var. Kamal vә 

Kәnanın stollarının üstündә kompüter var, digәrlәrindә isә ancaq 

kitablar var. Ramin vә Kamalda hәm tәlimat, hәm dә yaddaş 

kitabçaları var. Qalanlarında isә ancaq yaddaş kitabçası var. Kamal 

vә Bәhramın stolları taxtadan, qalanları isә taxtadan deyil. Kimin 

kompüteri taxta stolun üstündәdir?

A) Kәnan vә Kamalın

B) Bәhram vә Kamalın

C) yalnız Sәlimin

D) Sәlim vә Kәnanın

E) yalnız Kamalın

İzahat:

Düzgün cavab – E. “Kamal vә Kәnanın stollarının üstündә 

kompüter var... Kamal vә Bәhrәmin stolları taxtadan ... ”. Belәliklә 

yalnız Kamalın kompüteri taxta stolun üstündәdir.

Комментариев нет:

Отправить комментарий