DÜNYAGÖRÜŞÜ, O CÜMLƏDƏN AZƏRBAYCAN
HAQQINDA
ÜMUMİ BİLİKLƏR VƏ AZƏRBAYCAN DİLİ
ÜZRƏ TEST PROQRAMI
(6 və 7-ci təsnifat inzibati vəzifələr
üzrə)
AZƏRBAYCAN DİLİ
Fonetika
Azərbaycan
dilinin orfoepiya qaydaları. Azərbaycan dilinin orfoqrafiya qaydaları. Heca,
sözün sətirdən sətrə keçirilməsi. Ahəng qanunu. Vurğu. Əlifba.
Leksika
Sözün
həqiqi və məcazi mənası. Təkmənalı və çoxmənalı sözlər. Omonim, sinonim və antonimlər.
Ümumişlək və ümumişlək olmayan sözlər. Terminlər. Neologizmlər (yeni sözlər).
Əsl Azərbaycan sözləri və alınma sözlər. Frazeoloji birləşmələr.
Söz
yaradıcılığı
Sözün
quruluşca növləri. Sadə, düzəltmə və mürəkkəb sözlər. Mürəkkəb sözlərin əmələ gəlməsi
və onların yazılışı. Eyniköklü sözlər. Sözün tərkibi: kök və şəkilçi.
Şəkilçilərin yazılışı.
Morfologiya
Əsas
nitq hissələri:
· İsim
haqqında ümumi məlumat. Sadə, düzəltmə və mürəkkəb isimlər. Mürəkkəb adlar,
onların yazılışı. İsmin mənsubiyyətə görə dəyişməsi. Bəzi ikihecalı isimlərdə
ikinci saitin düşməsi. İxtisarlar (abreviaturlar). İxtisarlara əlavə edilən
şəkilçilərin yazılışı.
· Sifət
haqqında ümumi məlumat. Sifətin quruluşca növləri. Sifətin müqayisə dərəcələri.
· Say
haqqında ümumi məlumat. Sayların quruluşca növləri. Sayların məna növləri.
Sayların orfoqrafiyası.
· Əvəzlik
haqqında ümumi məlumat. Əvəzliyin mənaca növləri.
· Fel
haqqında ümumi məlumat. Felin quruluşca növləri. Felin zamanları. Məsdər, feli
sifət və feli bağlama.
· Zərf
haqqında ümumi məlumat. Zərflərin quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb
zərflər. Zərflərin mənaca növləri.
Köməkçi
nitq hissələri:
· Qoşma
haqqında ümumi məlumat. Qoşmaların orfoqrafiyası.
· Bağlayıcı
haqqında ümumi məlumat. Bağlayıcılarda vergülün işlənməsi.
· Ədat
haqqında ümumi məlumat. Ədatların orfoqrafiyası. Ədatlarda durğu işarələri.
· Modal
sözlər haqqında ümumi məlumat. Modal sözlərdə durğu işarələri.
· Nida
haqqında ümumi məlumat. Nidalarda durğu işarələri.
Sintaksis
Söz
birləşmələri haqqında ümumi məlumat. Söz birləşməsi və söz. Söz birləşməsi və
cümlə.
Cümlə
haqqında ümumi məlumat. Məqsəd və intonasiyaya görə cümlənin növləri: nəqli
cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi.
Cümlə
üzvləri haqqında ümumi məlumat. Cümlənin baş üzvləri: mübtəda və xəbər.
Cümlənin ikinci dərəcəli üzvləri: tamamlıq, təyin və zərflik.
Cümlə
üzvlərinin əlavəsi. Sadə cümlədə sözlərin sırası. Cümlənin həmcins üzvləri.
Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Həmcins üzvlərdə şəkilçi və
hissəciklərin ixtisarı. Xəbərin həmcins mübtədalarla uzlaşıb-uzlaşmaması.
Qrammatik
cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər: xitab və ara sözlər.
Mürəkkəb
cümlə haqqında ümumi məlumat.
Vasitəsiz
və vasitəli nitq.
Durğu
işarələri.
Dil
haqqında ümumi məlumat
Azərbaycan
dili haqqında. Azərbaycan Respublikasının dövlət dili.
Nitq
mədəniyyəti
Nitqin
düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Azərbaycan ədəbi dili. Nitq etiketləri və
onların növləri.
Üslubiyyat
Azərbaycan
ədəbi dilinin üslubları. Üslubların ümumi və xüsusi əlamətləri. Rəsmi-işgüzar
üslub.
Əməli
yazılar (annotasiya, anons, elan, ərizə, izahat, teleqram, məktub, reqlament,
müqavilə, arayış, bildiriş, rəy, tərcümeyi-hal, xasiyyətnamə, etibarnamə,
tələbnamə, təqdimat).
Ədəbiyyat:
1. Azərbaycan
dili. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər
üçün vəsait. TQDK-“Abituriyent”, Bakı, 2010.
2. Ə.Əfəndizadə,
B.Əhmədov. Azərbaycan dili. 5-ci sinif.Bakı.,2002.
3. B.Əhmədov,
A.Axundov. Azərbaycan dili. 6-cı sinif. Bakı, 2002.
4. B.Əhmədov,
A.Axundov, B.Xəlilov. Azərbaycan dili. 6-7-ci siniflər. Bakı, 2002.
5. Y.Seyidov,
T.Əsədova. Azərbaycan dili. 8-ci sinif. Bakı, 2008.
6. Y.Seyidov,
T.Əsədova. Azərbaycan dili. 9-cu sinif. Bakı, 2008.
7. Q.Kazımov,
F.Şahbazlı. Azərbaycan dili. 8-ci sinif. Bakı, 2008.
8. Q.Kazımov.
Azərbaycan dili. 9-cu sinif. Bakı, 2008.
9. T.Hacıyev,
N.Cəfərov, N.Xudiyev. Azərbaycan dili. 10-cu sinif. Bakı, 2009.
10. T.Hacıyev,
N.Cəfərov, N.Xudiyev. Azərbaycan dili. 11-ci sinif. Bakı, 2009.
11. Azərbaycan
dilinin orfoqrafiya lüğəti. Bakı, 2004.
12. Ə.Əfəndizadə
“Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti”,kompleks sorğu vəsaiti.Bakı, 2005
13. Ş.Balakişiyev,
İ.Namazov. “Əməli yazı nümunələri”. Bakı, 2006.
AZƏRBAYCANIN TARİXİ, MƏDƏNİYYƏTİ VƏ MÜASİR
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
Azərbaycan
ərazisində ibtidai icma quruluşu.
Daş dövrü. Tunc və dəmir dövrləri.
Azərbaycan
qədim dövrdə.
Manna dövləti: Manna dövlətinin
yaranması və yüksəlişi. Albaniya dövləti: Albaniya dövlətinin yaranması.
Azərbaycan
Sasani imperiyasının tərkibində.
Girdiman dövləti. Albaniya hökmdarı
Cavanşir. Sasanilərin hakimiyyəti dövründə Alban memarlığı.
Azərbaycan Xilafətin tərkibində.
Ərəblərin Azərbaycanı işğal etməsi.
İslam dininin Azərbaycanda yayılması. Ərəblərin hakimiyyəti dövründə
Azərbaycanın idarə edilməsi. Xürrəmilər hərəkatı.
Xilafətin süqutu və Azərbaycan
dövlətçiliyinin dirçəlişi.
Şirvanşahlar dövləti. “Kitabi-Dədə
Qorqud” oğuz türklərinin tərcümeyi-halıdır.
Azərbaycan
XI əsrin ortaları – XIII əsrin əvvəllərində.
Azərbaycan
xalqının Cənubi Qafqazda əsas etnik və siyasi qüvvəyə çevrilməsi. Azərbaycan
Atabəylər (Eldənizlər) dövləti: Eldənizlər dövlətinin yaranması və tənəzzülü.
XI – XII əsrlər Azərbaycan memarlığı.
Azərbaycan
XIII - XV əsrin əvvəllərində.
Şirvanşah
I İbrahimin Azərbaycanı birləşdirmək cəhdləri. Şəki hakimliyi (XIII – XIV
əsrlər). XIII – XIV əsrlər Azərbaycan memarlığı.
Azərbaycan
XV əsrdə.
Qaraqoyunlu
dövlətinin yaranması. Qaraqoyunlu dövlətinin dağılması. Ağqoyunluların hakimiyyətə
gəlməsi. Uzun Həsən. Xarici siyasət. Ağqoyunlu dövlətinin süqutu.
İctimai-iqtisadi həyat: dövlət quruluşu, inzibati idarələr, hərbi qüvvələr. XV
əsr Azərbaycan memarlığı.
Azərbaycan
XVI - XVIII əsrin birinci yarısında.
Azərbaycan
Səfəvi dövlətinin yaranması. Səfəvi dövlətinin imperiyaya çevrilməsi. Şah I
İsmayılın xarici siyasəti. Çaldıran döyüşü. Səfəvi dövlətinin
inzibati idarəetmə sistemi. XVI əsr – XVII əsrin birinci yarısında Azərbaycan
memarlığı.
Rusiyanın
Xəzəryanı bölgələrə hərbi yürüşü. Azərbaycan torpaqlarına yiyələnmək uğrunda
dövlətlərarası mübarizə. XVII əsrin II yarısında Azərbaycan memarlığı.
Azərbaycan xanlıqları. Azərbaycanın
Rusiya ilə İran arasında bölüşdürülməsi.
Azərbaycan xanlıqlarının yaranmasının
ilkin şərtləri. Şəki xanlığı, Quba xanlığı, Qarabağ xanlığı, İrəvan xanlığı,
Gəncə xanlığı. Xanlıqların idarəetmə sistemi və inzibati quruluşu. XVIII əsrin
sonu XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsinin
başa çatması. Gülüstan müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında
bölüşdürülməsinin başa çatması. Türkmənçay müqaviləsi. XVIII əsr Azərbaycan
memarlığı.
Azərbaycan
XIX əsrin 30-50-ci illərində.
Ermənilərin Şimali Azərbaycana kütləvi
şəkildə köçürülməsi, rus və alman məskənlərinin yaradılması. 1837-ci il Quba
üsyanı.
Azərbaycan XIX əsrin ikinci yarısında.
Millətin təşəkkülü. XIX əsr
Azərbaycanda mətbuat, teatr, musiqi, memarlıq.
Azərbaycan
XX əsrin əvvəllərində.
Azərbaycanda çarizmin milli qırğın
siyasəti. Cənubi Azərbaycan İran inqilabının (1905-1911) mərkəzi kimi.
Azərbaycan hərbçiləri I dünya müharibəsi illərində. XX əsrin
əvvəllərində Azərbaycanda mətbuat, incəsənət.
Azərbaycan
Xalq Cümhuriyyəti.
Azərbaycanlıların
1918- ci il mart soyqırımı. Azərbaycanlıların soyqırımı haqqında Prezident
Heydər Əliyevin fərmanı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun
fəaliyyətinin Gəncə dövrü. Bakının azad olunması. Xalq Cümhuriyyəti
hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar edilməsi. Dövlət
quruculuğu. Parlament. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və
mədəni tədbirləri. Erməni təcavüzünə qarşı mübarizə. Beynəlxalq şərait və
xarici siyasət. Aprel istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.
Cənubi
Azərbaycanda milli-azadlıq hərəkatı.
Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə
Təbriz üsyanı; Milli Hökumətin fəaliyyəti və süqutu.
Azərbaycanda
sovet rejiminin bərqərar olunması.
Azərbaycan SSR-in yaradılması və onun
ilk tədbirləri. Sovet rejiminə qarşı müqavimət və Gəncə üsyanı. Azərbaycanın
ərazi bütövlüyünə yeni qəsdlər. Azərbaycanda sovet milli siyasəti. Formal
müstəqilliyin ləğv olunması. DQMV-nin təşkili və Naxçıvan MSSR-in yaradılması.
Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar.
Azərbaycan
SSR II dünya müharibəsi illərində.
Azərbaycan döyüşçüləri ön cəbhədə,
antifaşist müqavimət və partizan hərəkatında. Azərbaycan SSR-in mədəniyyəti
müharibə illərində.
Azərbaycan
SSR XX əsrin 40-cı illərinin ikinci yarısı – 60-cı illərdə.
Qərbi
Azərbaycan torpaqlarından azərbaycanlıların növbəti deportasiyası. 50-ci
illərin ortaları 60-cı illərdə siyasi sistemin təkmilləşdirilməsi cəhdləri.
1940-1960-cı illərdə Azərbaycan SSR-də incəsənət.
Azərbaycan
SSR XX əsrin 60-cı illərinin sonu – 80-cı illərinin ortalarında.
Respublikanın idarəçiliyində yeni
mərhələ. Ümummilli lider Heydər Əliyev. İqtisadi və sosial yüksəliş. 1960-cı
illərin sonu 1980-ci illərdə mədəniyyət.
Azərbaycan
SSR XX əsrin 80-cı illərinin ikinci yarısı – 90-cı illərinin əvvəllərində.
“Yenidənqurma”
və Azərbaycan. Xalq hərəkatı.
Müstəqilliyin
bərpa olunması. Hüquqi dövlət quruculuğu.
Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunması. Qarabağ müharibəsi. Siyasi böhranın dərinləşməsi. Müstəqilliyin
möhkəmləndirilməsinə maneələr. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
qayıdışı. Milli qurtuluş. Milli dövlətçiliyin möhkəmləndirilməsi uğrunda
mübarizə. Hüquqi dövlət quruculuğu. İqtisadi dirçəlişin başlanması və sosial
tərəqqi. Azərbaycan beynəlxalq münasibətlər sistemində. Mədəni dirçəliş.
Yeni liderlə üçüncü minilliyə doğru.
Neft
strategiyasının uğurları. Sosial-iqtisadi inkişaf. Xarici siyasət və beynəlxalq
əlaqələr. Dünya azərbaycanlılarının təşkilatlanması. Mədəni dirçəliş.
Ədəbiyyat:
1. «Tarix» Abituriyentlər üçün vəsait. TQDK.
Bakı, 2008
2. Azərbaycan tarixi. 6-cı sinif üçün
dərslik. Bakı, 2009
3. Azərbaycan tarixi. 7-ci sinif üçün
dərslik. Bakı, 2009
4. Azərbaycan tarixi. 8-ci sinif üçün
dərslik. Bakı, 2009
5. Azərbaycan tarixi. 9-cu sinif üçün
dərslik. Bakı, 2009
6. Azərbaycan tarixi. 10-cu sinif üçün
dərslik. Bakı, 2009
7. Azərbaycan tarixi. 11-ci sinif üçün
dərslik. Bakı, 2009
COĞRAFİYA
Azərbaycan
Respublikasının fiziki coğrafiyası. Azərbaycanın
coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları. İqlimi. Daxili suları: çayları,
gölləri, su anbarları, suvarma kanalları. Xəzər dənizi. Azərbaycanın torpaq və
bitki örtüyü. Təbiətin mühafizəsi. Azərbaycan Respublikasının fiziki-coğrafi
rayonlaşdırılması: Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz,
Lənkəran, Orta Araz (Naxçıvan) təbii vilayətləri.
Azərbaycan Respublikasının iqtisadi və
sosial coğrafiyası. Azərbaycanın iqtisadi coğrafi
mövqeyi, inzibati ərazi bölgüsü, əhalisi və əmək ehtiyatları. Təsərrüfat
sahələrinin coğrafiyası: təsərrüfatın ümumi səciyyəsi; yanacaq-energetika
sənayesi; aqrar-sənaye kompleksi, nəqliyyat kompleksi. Xarici iqtisadi
əlaqələr. İqtisadi-coğrafi rayonlar: Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan,
Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran (Kür-Araz),
Lənkəran-Astara, Naxçıvan: onların coğrafi mövqeyi, tərkibi, təbii şəraiti və
təbii ehtiyatları, təsərrüfatı və ixtisaslaşma sahələri.
Dünyanın iqtisadi və sosial coğrafiyası.
Dünyanın müasir siyasi xəritəsi. Dünya ölkələri arasında fərqlər. Beynəlxalq
təşkilatlar. Dünyanın təbii resursları. Dünya əhalisinin təbii artımı, tərkibi,
yerləşməsi, məskunlaşma formaları və miqrasiyası. Sosial-iqtisadi inkişaf
səviyyələrinə görə dünya ölkələrinin qruplaşdırılması. İnkişaf etmiş ölkələr
(İEÖ). İnkişafda olan ölkələr (İOÖ).
Türk dünyası ölkələrinin coğrafiyası.
Müasir türk dünyası. Türk dövlət və qurumları. Türk dünyası ərazisinin təbii
şəraiti. Əhalisi və əmək ehtiyatları. Türk dünyası ölkələrinin təsərrüfatının
ümumi səciyyəsi.
Ədəbiyyat:
1. «Coğrafiya» Abituriyentlər üçün
vəsait. TQDK. Bakı – 2008
2. B.Ə.Budaqov, Y.Ə.Qəribli. Azərbaycan
Respublikasının fiziki coğrafiyası VIII sinif. Bakı, 2007.
3. N.N.Allahverdiyev, Ş.Y.Göyçaylı,
Ş.Q.Dəmirqayayev, N.H.Əyyubov. Azərbaycan Respublikasının iqtisadi və sosial
coğrafiyası VIII sinif. Bakı, 2007.
4. O.K.Alxasov, Y.Ə.Qəribli,
A.Z.Bağmanlı. Coğrafiya (Dünyanın iqtisadi və sosial coğrafiyası) IX sinif.
Bakı, 2010.
5. M.A.Müseyibov, V.Ə.Əfəndiyev,
N.S.Seyfullayeva. Coğrafiya (Türk dünyasının coğrafiyası), XI
sinif. Bakı, 2010.
6. VIII və IX siniflər üçün
tədris atlasları.
Комментариев нет:
Отправить комментарий