Kredit
ittifaqları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında kredit İttifaqlarının yaradılması və fəaliyyət
göstərməsinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Kredit İttifaqı anlayışı
1.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və
(və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul
vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün
yaratdıqları bank olmayan kredit təşkilatıdır.
2.
Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına
üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və
uzun müddətli kreditdir.
3.
Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri əmlak hüquqları
əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
Maddə 2. Kredit İttifaqları haqqında qanunvericilik
Kredit
İttifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Kredit İttifaqının fəaliyyətinin əsas prinsipləri
1.
Kredit İttifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
1.1.
üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
1.2.
üzvlüyün könüllülüyü;
1.3.
fəaliyyətinin aşkarlığı;
1.4.
şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
1.5.
payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;
1.6.
Kredit İttifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
1.7.
əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
1.8.
fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.
Maddə 4. Kredit İttifaqının hüquqları və vəzifələri
1.
Kredit İttifaqının aşağıdakı hüquqları vardır:
1.1 banklardan,
beynəlxalq və xarici maliyyə - kredit qurumlarından kredit, qrant almaq;
1.2. öz
üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;
1.3.
sərbəst pul vəsaitini banklara, digər kredit İttifaqlarına depozitə qoymaq,
habelə dövlət qiymətli kağızlarının alınmasını sərf etmək.
2.
Kredit ittifaqları Azərbaycan Respublikasının vergi və digər qanunvericilikdə
nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər.
Maddə 5. Dövlət və kredit İttifaqları
1.
Dövlət kredit ittifaqlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması
üçün tədbirlər görür.
2.
Təsis yığıncağından sonra Kredit İttifaqı Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatından
keçirilir.
3.
Kredit İttifaqı qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına
alınmadıqda o, təsis edilməmiş hesab olunur və paylar 15 gün ərzində geri
qaytarılır.
4.
Kredit İttifaqı dövlət qeydiyyatına alınmadıqda təsisçilər məhkəməyə müraciət
edə bilər. Bu halda payların geri qaytarılma müddəti məhkəmənin qərarına qədər
uzadıla bilər.
5.
Dövlət Kredit İttifaqının öhdəliklərinə, Kredit İttifaqı isə dövlətin
öhdəliklərinə cavabdeh deyildir.
6.
Dövlət Kredit İttifaqlarının və onun üzvlərinin qanuni hüquqlarının və
mənafelərinin müdafiəsinə təminat verir.
7.
Kredit İttifaqına dövlət hakimiyyəti orqanlarının hərəkətləri (hərəkətsizliyi)
nəticəsində dəymiş zərər həmin orqanlar tərəfindən ödənilir.
8.
Kredit İttifaqı bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş
qaydada xüsusi razılıq almalıdır.
9. Bank
fəaliyyətinə xüsusi razılıq verən orqan xüsusi razılıq verməkdən imtina
etdikdə, onu əsaslandırmalıdır. Xüsusi razılıq verilməsindən imtinaya,
təsisçilərin ərizəsinə əsasən məhkəmədə baxıla bilər.
10.
Bank fəaliyyətinə xüsusi razılıq verən orqan Kredit İttifaqına iqtisadi
tənzimləmə normativləri və idarə heyəti üzvlərinin peşə yararlığına dair
tələblər müəyyən edə və sanksiyalar tətbiq edə bilər:
10.1.
aşkar olunmuş pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata
keçirilməsini tələb etmək;
10.2.
xüsusi razılığı dayandırmaq və ya ləğv etmək.
II fəsil
Kredİt İttİfaqının yaradılması və Kredİt İttİfaqına üzvlük
Maddə 6. Kredit İttifaqının yaradılması
1.
Kredit İttifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən
qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir.
2.
Kredit İttifaqının təsis yığıncağı Kredit İttifaqının yaradılması barədə qərar
qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.
Maddə 7. Kredit İttifaqının nizamnaməsi
1.
Kredit İttifaqının nizamnaməsində aşağıdakılar göstərilir:
1.1.
Kredit İttifaqının adı və ünvanı;
1.2.
Kredit İttifaqının məqsədi, fəaliyyət predmeti;
1.3.
Kredit İttifaqının üzvlüyünə qəbul və üzvlükdən çıxmaq qaydaları, həmçinin
üzvlükdən çıxarılmaq üçün əsaslar;
1.4.
üzvlərin hüquqları, vəzifələri və məsuliyyəti;
1.5.
kredit ittifaqları idarəetmə orqanlarının səlahiyyət müddətləri;
1.6.
növbədənkənar ümumi yığıncaq çağırılması qaydaları;
1.7.
üzvlər tərəfindən Kredit İttifaqına dəyən zərərin ödənilməsi qaydaları;
1.8.
Kredit İttifaqına minimum pay məbləği, ödənilmə qaydası, müddəti və onun
pozulmasına görə məsuliyyət;
1.9.
Kredit İttifaqının əmlakının yaranması və gəlirlərin istifadəsi;
1.10.
üzvlərin kredit almaq şərtləri və qaydaları;
1.11.
Kredit İttifaqının idarəetmə və nəzarət orqanları, onların səlahiyyətləri,
yaradılma və qərar qəbul etmə qaydaları;
1.12.
Kredit İttifaqı fondlarının yaradılması;
1.13.
Kredit İttifaqının fəaliyyətinin dayandırılması və ləğvi qaydaları;
1.14.
üzvlüyə xitam verildikdə payın geri alınma qaydaları;
1.15.
nizamnamədə kredit ittifaqlarının fəaliyyəti ilə bağlı olan və qanunvericiliyə
zidd olmayan digər məsələlər də nəzərdə tutula bilər.
Maddə 8. Kredit ittifaqları birliyi
Kredit
İttifaqları öz üzvlərinin mənafeyini qorumaq, onların fəaliyyətini
əlaqələndirmək, regionlararası və beynəlxalq əlaqələrin inkişafını təmin etmək
və digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər.
Maddə 9. Kredit İttifaqına üzvlük
1.
Kredit İttifaqı təsisçilərinin sayı 11-dən az olmamalıdır. Üzvlərin sayı
azaldıqda Kredit İttifaqı 10 gün müddətində bank fəaliyyəti üçün xüsusi razılıq
verən orqana məlumat verməklə ən geci üç ay ərzində üzvlərin sayını 11-ə
çatdırmalıdır. Bu müddətdə minimum say bərpa olunmazsa xüsusi razılıq geri
alınır.
2.
Kredit İttifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni üzvlərin qəbulu bu
Qanunda müəyyən olunmuş qaydada aparılır.
3.
Kredit İttifaqının üzvü olmaq istəyən şəxs Kredit İttifaqının idarə heyətinə
ərizə ilə müraciət edir və nizamnaməyə əməl edəcəyini öhdəsinə götürür. İdarə
heyətinin qərarından sonra ərizə verən şəxs üzv hesab olunur.
4.
Kredit İttifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd
verilir.
Maddə
10. Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri
və məsuliyyəti
1.
Kredit İttifaqının üzvü aşağıdakı hüquqlara malikdir:
1.1.
Kredit İttifaqının xidmətlərindən istifadə etmək;
1.2.
Kredit İttifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə
və nəzarət orqanlarına seçilmək və seçmək;
1.3.
Kredit İttifaqının nizamnaməsində və digər normativ sənədlərdə nəzərdə tutulan
şərtlərə və qaydalara uyğun kredit almaq;
1.4. öz
payını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nizamnamədə
nəzərdə tutulmuş qaydada özgəninkiləşdirmək;
1.5.
Kredit İttifaqının vəzifəli şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi
informasiya almaq;
1.6.
nizamnamədə nəzərdə tutulmuş qaydada öz payını son haqq-hesabla birlikdə geri
almaq və üzvlükdən çıxmaq;
1.7.
nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;
1.8.
ümumi yığıncağın və idarə heyətinin qərarından məhkəməyə şikayət etmək;
2.
Kredit İttifaqı üzvünün vəzifələri aşağıdakılardır:
2.1.
payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;
2.2.
nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş tələblərə və qaydalara riayət
etmək;
2.3.
kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;
2.4.
aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq;
2.5.
Kredit İttifaqının idarəetmə və nəzarət orqanlarının öz səlahiyyətləri
çərçivəsində qəbul etdikləri qərarı yerinə yetirmək;
2.6.
başqa Kredit İttifaqının üzvü olmamaq.
3.
Kredit İttifaqı üzvlərinin məsuliyyəti:
3.1.
Kredit İttifaqı öz öhdəliklərinə malik olduğu əmlak hədlərində məsuliyyət
daşıyır və öz üzvlərinin Kredit İttifaqının fəaliyyəti ilə əlaqədar olmayan
öhdəliklərinə görə məsuliyyət daşımır. Kredit İttifaqının üzvləri Kredit
İttifaqı qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
Maddə
11. Kredit İttifaqının üzvlüyünə xitam verilməsi
1.
Kredit İttifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:
1.1.
payçı üzvlükdən nizamnamədə müəyyənləşdirilən qaydada xaric edildikdə;
1.2.
payçı üzvlükdən könüllü çıxdıqda;
1.3.
Kredit İttifaqı ləğv olunduqda.
2.
Kredit İttifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl
idarə heyətinə ərizə ilə müraciət etməlidir.
3.
Kredit İttifaqının üzvü idarə heyətinin qərarı ilə üzvlükdən çıxarıldıqda və bu
qərarla razılaşmadıqda müşahidə şurasına və ümumi yığıncağa müraciət edə bilər.
Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda isə məhkəməyə müraciət edə bilər.
4.
Kredit İttifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və
ya ona çatacaq payı ala bilər.
III
fəsil
Kredİt İttİfaqının İdarə edİlməsİ və fəalİyyətİnə nəzarət
Maddə
12. Kredit İttifaqının idarə edilməsi
1.
Kredit İttifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, idarə heyəti və
kredit komissiyası tərəfindən idarə olunur.
2.
Kredit İttifaqının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
Növbəti ümumi yığıncaq nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir
dəfədən az olmayaraq çağırılır. Növbədən kənar ümumi yığıncağın çağırılması
qaydaları nizamnamə ilə müəyyən olunur. İdarə heyəti ümumi yığıncağın
çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.
3.
Aşağıdakı məsələlərə baxılması və qərar qəbul olunması ümumi yığıncağın
müstəsna səlahiyyətlərinə aiddir:
3.1.
nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;
3.2.
üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;
3.3.
müşahidə şurasının, idarə heyətinin, idarə heyəti sədrinin, kredit
komissiyasının seçilməsi, onların hesabatlarının dinlənilməsi və səlahiyyətinə
xitam verilməsi;
3.4.
illik hesabatın və balansın təsdiqi;
3.5.
payların və digər ödənişlərin həmçinin və ödənilmə qaydalarının müəyyən
edilməsi;
3.6.
Kredit İttifaqı mənfəətinin bölgüsü və istifadəsi qaydalarının müəyyən
edilməsi;
3.7.
kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;
3.8.
Kredit İttifaqının fondlarının yaradılması və istifadəsi qaydalarının müəyyən
edilməsi;
3.9.
zərərin ödənilməsi qaydalarının, inzibati idarə xərcləri limitinin müəyyən
edilməsi;
3.10.
Kredit İttifaqının Kredit İttifaqları Birliyinə daxil olması və ondan çıxması;
3.11.
Kredit İttifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;
3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;
3.13.
nizamnaməyə görə Kredit İttifaqının fəaliyyətinə aid olan digər məsələlərin
həlli.
4.
Üzvlərin 51 faizi iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır.
Ümumi
yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi
yığıncaqda iştirak edən üzvlərin azı üçdə ikisi səs verdikdə, qalan məsələlər
üzrə isə sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda iclasın
sədrinin səsi həlledici olur.
5.
Ümumi yığıncaqda qərar nizamnamədə nəzərdə tutulmuş qaydada açıq və ya gizli
səsvermə ilə qəbul oluna bilər.
Maddə
13. Kredit İttifaqının fəaliyyətinə nəzarət
1.
Kredit İttifaqının fəaliyyətinə nəzarəti həyata keçirmək üçün ümumi yığıncaqda
ittifaqın üzvlərindən müşahidə şurası seçilir. Müşahidə şurasının tərkibi 3
nəfərdən az ola bilməz.
2.
Müşahidə şurasının üzvü idarə heyətinin və kredit komissiyasının üzvü ola
bilməz.
3.
Müşahidə şurası:
3.1.
Ümumi yığıncağın qərarlarının icrasına nəzarət edir;
3.2.
Kredit İttifaqının, idarə heyətinin və kredit komissiyasının fəaliyyətini
təhlil edir, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
3.3.
idarə heyətinin və kredit komissiyasının hesabatını, illik balansı öz rəyi ilə
birlikdə ümumi yığıncağa təqdim edir;
3.4.
idarə heyətinin və kredit komissiyasının fəaliyyətlərində olan nöqsanların
aradan qaldırılması, qanunsuz qəbul olunan qərarların ləğvi üçün xəbərdarlıq
edir, yaxud bu barədə ümumi yığıncağa məlumat verir;
3.5.
idarə heyətindən və kredit komissiyasından şikayətlərə baxır;
3.6.
nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.
4.
Müşahidə Şurasının üzvlərindən biri auditorluq təcrübəsinə malik olmalıdır.
Müvafiq təcrübəyə malik üzv olmadıqda müqavilə ilə auditor cəlb oluna bilər.
Maddə
14. Kredit İttifaqının fəaliyyətinə rəhbərlik
1.
Ümumi yığıncaqlar arasındakı dövrdə Kredit İttifaqının fəaliyyətinə ümumi
yığıncaqda seçilən idarə heyəti və idarə heyətinin sədri rəhbərlik edir. İdarə
heyətinin üzvü müşahidə şurasının və kredit komissiyasının üzvü ola bilməz.
2.
İdarə heyətinin üzvlərinin sayı, seçilmə müddəti, idarə heyətinin, onun
üzvlərinin və sədrin hüququ, vəzifəsi və səlahiyyəti nizamnamə ilə müəyyən
olunur. İdarə heyətinin tərkibi 3 nəfərdən az olmamalıdır.
3.
İdarə heyəti:
3.1.
nizamnamə ilə müəyyən edilmiş qaydada Kredit İttifaqına yeni üzvlərin qəbul
edilməsi və üzvlükdən azad edilməsi məsələlərinə baxır;
3.2.
Kredit İttifaqını məhkəmədə və üçüncü şəxslərlə münasibətdə təmsil edir;
3.3.
ümumi yığıncağın keçirilməsini təşkil edir;
3.4.
Kredit İttifaqının adından işə cəlb olunanlarla əmək müqaviləsi bağlayır, öz
üzvləri və üçüncü şəxslərlə mülki sövdələşmələr aparır;
3.5.
kredit komissiyalarının rəyi əsasında kredit verir;
3.6.
mühasibat balansının və digər maliyyə hesabatlarını hazırlayır;
3.7.
nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.
4.
İdarə heyətinin üzvlərinin əmək haqqı nizamnamədə nəzərdə tutulmuş qaydada
müəyyən olunur.
Maddə
15. Kreditin verilməsi
1.
Kredit verilməsi haqqında qərarı kredit komissiyasının rəyi əsasında idarə
heyəti qəbul edir.
Azı üç
nəfərdən ibarət kredit komissiyası ümumi yığıncaqda Kredit İttifaqının
üzvlərindən seçilir. Kredit komissiyasının səlahiyyəti müddəti, vəzifələri,
hüquqları və məsuliyyəti nizamnamə ilə müəyyən olunur.
2.
Kredit komissiyasının üzvü idarə heyətinin və müşahidə şurasının üzvü ola
bilməz.
3.
Kredit komissiyası üzvlərin kredit almaq haqqında ərizələrinə baxır, kreditin
verilməsi və qaytarılması şərtlərini müəyyənləşdirir və bu məsələlər üzrə idarə
heyətinə təkliflər verir. İdarə heyəti kredit komissiyasının rəyi olmadan
üzvlərlə kredit müqaviləsi bağlaya bilməz.
4.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada kreditə
təminat tələb oluna bilər.
5.
Kredit komissiyası kreditlərə faiz dərəcəsini müəyyənləşdirmək üçün ümumi
yığıncağa təkliflər verə bilər.
6.
Kredit komissiyası ildə bir dəfə öz fəaliyyəti barədə ümumi yığıncağa hesabat
verir.
Maddə
16. Müşahidə şurasının, idarə heyətinin və kredit
komissiyasının məsuliyyəti
Müşahidə
şurasının, idarə heyətinin və kredit komissiyasının üzvləri öz hərəkətləri
(hərəkətsizliyi) ilə Kredit İttifaqına vurduğu zərərə görə Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə
17. Kredit İttifaqlarında vergitutma qaydası, uçot və
hesabat
1.
Kredit İttifaqlarında vergitutma qaydası Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən olunur.
2.
Kredit İttifaqlarında mühasibat uçotu qaydaları, hesabatın xarakteri, strukturu
və təqdim edilmə müddətləri qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə
xüsusi razılıq verən orqan tərəfindən müəyyən edilir.
IV fəsil
Kredİt İttİfaqının fondları
Maddə
18. Nizamnamə kapitalı
1.
Kredit İttifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.
2.
Kredit İttifaqı nizamnamə kapitalının minimum məbləği bank fəaliyyətinə xüsusi
razılıq verən orqan tərəfindən, üzvlərin payının həcmi, ödənilmə qaydası və
qaydanın pozulmasına görə məsuliyyət isə nizamnamə ilə müəyyən olunur.
3.
Nizamnamə kapitalı qarşılıqlı kreditləşmə məqsədi ilə istifadə olunur. Ümumi
yığıncağın qərarı ilə nizamnamə kapitalından Kredit İttifaqının fəaliyyətə
başlaması üçün zəruri olan bina, avadanlıq və inventar əldə olunmasına vəsait
yönəldilə bilər.
4.
Nizamnamə kapitalının formalaşması üçün Kredit İttifaqının aldığı borcdan istifadə
olunması qadağandır.
5.
Kredit İttifaqının üzvləri öz paylarını yalnız üzvlükdən çıxarkən geri götürə
bilərlər.
Maddə
19. Ehtiyat fondu
1.
Kredit İttifaqına fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədi ilə xüsusi
ehtiyat fondu yaradılır.
2.
Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır.
Maddə
20. Qarşılıqlı kredit fondu
1.
Kredit İttifaqı kredit vermə mənbəyi olan qarşılıqlı kredit fondu yaradır.
Qarşılıqlı kredit fondu nizamnamə kapitalı, Kredit İttifaqının mənfəətindən,
habelə bu Qanuna müvafiq digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına
formalaşır. Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün
istifadə olunur.
2.
Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10
mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.
V fəsil
Kredİt İttİfaqının ləğvİ, yenİdən təşkİlİ və mübahİsələrə
baxılma
Maddə
21. Kredit İttifaqının ləğvi
1.
Kredit İttifaqının ləğvi üçün əsaslar:
1.1.
Kredit İttifaqının ləğvi haqqında ümumi yığıncağın qərarı.
1.2.
Kredit İttifaqı üzvlərinin minimum sayının və minimum nizamnamə kapitalının
azalması;
1.3.
müflis olmuş Kredit İttifaqının ləğvi haqqında məhkəmənin qüvvəyə minmiş
qərarı;
1.4.
Azərbaycan Respublikası qanunlarının pozulmasına görə Kredit İttifaqının ləğv
olunması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı;
2.
Ləğvetmə haqqında qərar qəbul edən orqan ləğvetmə komissiyası yaradır və idarə
heyətinin funksiyası ləğvetmə komissiyasına verilir.
3.
Kredit İttifaqının ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilən qaydada həyata keçirilir. Kredit İttifaqı ləğvi olunduqda paylar və
onlara mütənasib olaraq hesablanmış gəlirlər Kredit İttifaqının bütün
öhdəlikləri yerinə yetirildikdən sonra üzvlər arasında bölüşdürülür.
Maddə
22. Kredit İttifaqının yenidən təşkili
1.
Kredit İttifaqı qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə
bilər. Yenidən təşkil edilən Kredit İttifaqının tərkibindən bir və ya bir neçə
hüquqi şəxsin ayrılması, habelə bölünməsi, birləşməsi formasında ümumi
yığıncağın qərarı ilə həyata keçirilir.
2.
Kredit İttifaqlarının yenidən təşkili üçün idarə heyəti tərəfindən layihə
hazırlanır. Layihəyə müstəqil auditor tərəfindən rəy verilir.
3.
Yenidən təşkil edilmə layihəsində aşağıdakı məlumatlar verilir:
3.1.
Kredit İttifaqının adı və ünvanı;
3.2.
üzvlərin sayı;
3.3.
nizamnamə kapitalı;
3.4.
verilən kreditlərin və əmlakın qiymətləndirilməsi;
3.5.
öhdəliklərin varislik şərtləri və müddəti;
3.6.
yenidən təşkil edildikdən sonra fəaliyyət göstərəcək Kredit İttifaqında
üzvlərin paylarına sərəncam vermək meyarları və qaydaları;
3.7.
yenidən təşkil edilmə ərəfəsində və sonra qarşılıqlı kredit verilməsi
meyarları;
3.8.
yenidən təşkil edildikdən sonra üzvlərin digər əmlak və qeyri-əmlak hüquqları
və vəzifələri, bu hüquq və vəzifələrin qüvvəyə minməsi müddəti.
4.
Yenidən təşkil edilmə layihəsi ilə yanaşı yenidən yaradılmadan sonra fəaliyyət
göstərən hər bir Kredit İttifaqının nizamnaməsi hazırlanır.
5.
Yenidən təşkil edilmə haqqında hər bir üzvə ən azı 20 gün əvvəldən yazılı
məlumatlar verilir və hər bir üzv yenidən təşkil edilmə layihəsi ilə tanış ola
bilər.
6.
Yenidən təşkil edilmiş Kredit İttifaqı bu Qanunun tələblərinə uyğun olaraq bank
fəaliyyəti üçün xüsusi razılıq almalıdır.
Maddə
23. Mübahisələrə baxılma
Kredit
İttifaqının üzvləri və üzvlərlə idarəetmə orqanları arasında yaranan
mübahisələrə ümumi yığıncaqda baxılır. Tərəflər arasında qarşılıqlı razılıq
əldə olunmadıqda həmin mübahisəyə aidiyyatı üzrə məhkəmədə baxılır.
Maddə
24. Yekun müddəalar
1. Bu
Qanun qüvvəyə mindiyi tarixədək yaradılmış Kredit İttifaqları bu Qanunun
müddəalarına uyğun olaraq fəaliyyət göstərirlər.
2. Bu
Qanun qüvvəyə mindiyi tarixədək Kredit İttifaqlarına bank fəaliyyəti üçün
verilmiş xüsusi razılıq onlarda göstərilən müddət ərzində qüvvədə qalır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı
şəhəri, 2 may 2000-ci il
№ 876-IQ
№ 876-IQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
23 noyabr 2001-ci il
tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 11, maddə 683)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
23 noyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 4-cü maddənin
adında "hüquqları" sözü "hüquqları və vəzifələri"
sözləri ilə əvəz edilmiş və maddəyə 2-ci bənd əlavə edilmişdir.
Комментариев нет:
Отправить комментарий