İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ
PROQRAM
(5-ci təsnifat inzibati vəzifələr
üzrə)
İnformasiya
İnformasiya anlayışı. İnformasiyanın növləri və təqdimolunma
formaları. İnformasiyanın emalı. İnformasiyanın ölçü vahidləri. İnformasiya
texnologiyaları və onların növləri. İnformasiya prosesləri. İnformasiya
prosesləri.
Fərdi kompyuterlər
Fərdi kompyuterin növləri, quruluşu və iş prinsipi. Fərdi
kompyuterin əsas
qurğuları və onların təyinatı. Yaddaş qurğuları. Periferiya qurğuları (printer , skaner və s.), onların təyinatı.
Fərdi kompyuterlərin proqram
təminatı
Sistem və tətbiqi proqram təminatı. Sistem proqram
təminatının elementləri: əməliyyat sistemləri, xidməti proqramlar,
arxivatorlar, antiviruslar və s. Tətbiqi proqram təminatının elementləri: mətn
prosessorları, cədvəl prosessorları, elektron təqdimat proqramları, verilənlər
bazasını idarəetmə sistemləri, şəbəkə proqramları və s. Piratçılıq.
Windows 7 əməliyyat sistemi (ingilis
dilində interfeys)
Əməliyyat sisteminin tərkib hissələri, əsas anlayışları.
Sistemin əsas obyektləri. Sistemin qrafik istifadəçi interfeysi. İş masası.
İdarəetmə paneli. Sistemin əsas və kontekst menyusu. Qısayol (shortcut). Düymələrin
kombinasiyaları. Disklər, qovluqlar və fayllar, onlar üzərində əməliyyatlar.
Pəncərə tipləri, onların quruluşu və təyinatı. Ümumi təyinatlı standart
proqramlar. Mübadilə buferi. Resurslardan istifadə hüquqları.
Microsoft Office Word 2007 (ingilis
dilində interfeys)
Sənəd, onun quruluşu. Sənədin yaradılması, saxlanılması,
çapı və mühafizəsi. Səhifə, onun quruluşu. Mətnin daxil edilməsi və redaktə
edilməsi. Mətn fraqmentləri ilə iş. Mətnin tərtibatı. Mətndə orfoqrafik səhvlərin
yoxlanması. Abzaslarla iş. Cədvəl, onun tərtibatı. Düymələrin kombinasiyaları.
Obyektlər. Qrafik imkanlar. Menyu. Nişanlanmış (bullet) və nömrələnmiş
siyahılar, onların tərtibatı. Səhifələrin nömrələnməsi.
Microsoft Office Excel 2007 (ingilis
dilində interfeys)
İş kitabı, onun quruluşu. İş kitabının yaradılması,
saxlanılması, çapı və mühafizəsi. İş vərəqi, onun quruluşu. İş vərəqləri
üzərində icra olunan əməliyyatlar. Düymələrin kombinasiyaları. Obyektlər.
Qrafik imkanlar. Diaqramların qurulması. Düsturlar, funksiyalar və onlardan
istifadə qaydaları. Verilənlərin tipləri. Xanaların və cədvəlin tərtibatı.
Menyu. Süzgəc, çeşidləmə (sorting).
Microsoft
Office PowerPoint 2007
(ingilis dilində interfeys)
Təqdimat, onun quruluşu. Təqdimatın yaradılması, saxlanılması,
çapı və mühafizəsi. Şablonlar. Slaydlarla iş. Mətnin tərtibatı. Obyektlər.
Qrafik imkanlar. Cədvəllərlə iş. Slaydların canlandırılması (animation).
Təqdimatların nümayişi. Menyu. Nişanlanmış (bullet) və
nömrələnmiş siyahılar, onların tərtibatı.
Microsoft Office
Access 2007
(ingilis dilində interfeys)
Verilənlər bazası, onun quruluşu. Verilənlər bazasının
yaradılması, mühafizəsi. Cədvəllərin tərtib edilməsi. Sahələr. Verilənlərin
tipləri və onlarla işləmə qaydaları. Formaların hazırlanması. Sorğuların
hazırlanması. Hesabatların hazırlanması və çapı. Verilənlərin daxil edilməsi,
axtarışı, silinməsi, çeşidlənməsi (sorting).
Kompyuter şəbəkələri
Şəbəkə növləri. Əsas şəbəkə qurğuları. İnformasiya
təhlükəsizliyi. Şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi üsulları
və vasitələri. Lokal şəbəkənin əsas anlayışları. Lokal şəbəkələrin tətbiq
sahələri. Lokal şəbəkənin idarə edilməsi. Şəbəkə resurslarından istifadə.
Qlobal şəbəkələr.
İnternet
İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri. WWW xidməti.
Əsas anlayışlar: hiper-mətn, hiper-keçid, veb-səhifə, veb-sayt, URL ünvan,
domen adı, protokol (HTTP, FTP, SMTP, POP3 və s.). Veb-bələdçi. Elektron poçt.
Telekonfrans. Ani məlumat mübadiləsi (Instant Messaging). İnformasiya axtarışı sistemləri.
Sosial şəbəkələr. Azərbaycan Respublikasında dövlət orqanlarının internet
saytları.
İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti anlayışı. İnformasiya cəmiyyətinə aid
əsas beynəlxalq sənədlər. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət siyasəti, bu sahədə həyata keçirilən dövlət
proqramları. İnformasiya cəmiyyətinin inkişafının qiymətləndirilməsi üsulları,
indikatorlar. İnformasiya fəzaları. İnformasiya resursları. İnformasiya
inqilabları. İnformasiya mədəniyyəti.
Elektron dövlət
Elektron dövlət anlayışı. Elektron dövlətin elementləri.
Elektron dövlətin qurulması istiqamətində beynəlxalq təcrübə. Elektron imza və
elektron sənəd. Elektron sənəd dövriyyəsi. Azərbaycan Respublikasında elektron
dövlətin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti. Elektron
Azərbaycan. “Elektron hökumət” portalı.
Qeyd:
İnformatika
proqramına daxil olan mövzular müasir olduğu və bu sahəyə aid Azərbaycan
dilində ədəbiyyat azlıq təşkil etdiyi üçün təqdim edilmiş ədəbiyyatla yanaşı
internet resurslarından istifadə etməyi tövsiyə edirik.
Комментариев нет:
Отправить комментарий