QANUNVERİCİLİK ÜZRƏ PROQRAM
(5-ci təsnifat inzibati vəzifələr
üzrə)
1. Azərbaycan Respublikasının
Konstitusiyası
Xalq hakimiyyəti
Hakimiyyətin
mənbəyi. Xalqın suverenliyi. Ümumxalq səsverməsi — referendum yolu ilə həll
edilən məsələlər. Xalqı təmsil etmək hüququ. Xalqın vahidliyi. Hakimiyyətin
mənimsənilməsinə yol verilməməsi.
Dövlətin əsasları
Azərbaycan
dövləti: Azərbaycan dövlətinin səciyyəvi xüsusiyyətləri, dövlət hakimiyyəti
məhdudlaşır. Azərbaycan dövlətinin başçısı. Silahlı Qüvvələr. Beynəlxalq
münasibətlərin prinsipləri. Ərazi. Dövlətin ali məqsədi. Mülkiyyət. Təbii
ehtiyatlar. İqtisadi inkişaf və dövlət. Sosial inkişaf və dövlət. Ailə, uşaqlar
və dövlət. Din və dövlət. Pul vahidi. Dövlətin borclarına qoyulan
məhdudiyyətlər. Dövlət dili. Paytaxt. Azərbaycan dövlətinin rəmzləri
Əsas insan və vətəndaş hüquqları və azadlıqları
İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. Bərabərlik hüququ.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. Yaşamaq hüququ.
Azadlıq hüququ. Mülkiyyət hüququ. Əqli mülkiyyət hüququ. Təhlükəsiz yaşamaq
hüququ. Şəxsi toxunulmazlıq hüququ. Mənzil toxunulmazlığı hüququ. Nikah hüququ.
Əmək hüququ. Tətil hüququ. İstirahət hüququ. Sosial təminat hüququ. Sağlam
ətraf mühitdə yaşamaq hüququ. Mədəniyyət hüququ. Sağlamlığın qorunması hüququ.
Təhsil hüququ. Mənzil hüququ. Milli mənsubiyyət hüququ. Ana dilindən istifadə hüququ.
Şərəf və ləyaqətin müdafiəsi hüququ. Fikir və söz azadlığı. Vicdan azadlığı.
Sərbəst toplaşmaq azadlığı. Məlumat azadlığı. Yaradıcılıq azadlığı. Vətəndaşlıq
hüququ. Vətəndaşlıq hüququnun təminatı. Cəmiyyətin və dövlətin siyasi həyatında
iştirak hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Seçki hüququ.
Müraciət etmək hüququ. Birləşmək hüququ. Azad sahibkarlıq hüququ. Hüquq və
azadlıqların məhkəmə təminatı. Hüquqi yardım almaq hüququ. Məhkəmə aidiyyətinın
dəyişdirilməsinə yol verilməməsi. Təqsirsizlik prezumpsiyası. Bir cinayətə görə
təkrarən məhkum etməyə yol verilməməsi. Məhkəməyə təkrar müraciət hüququ.
Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Tutulan, həbsə
alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları. Zərərin
ödənilməsini tələb etmək hüququ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquqları. Siyasi sığınacaq hüququ. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı.
Vətəndaşların əsas vəzifələri
Vətəndaşların
vəzifələrinin əsası. Vergilər və başqa dövlət ödənişləri. Vətənə sədaqət.
Dövlət rəmzlərinə hörmət. Vətəni müdafiə. Tarix və mədəniyyət abidələrinin
qorunması. Ətraf mühitin qorunması. Qanuna zidd vəzifələrin icrasına yol
verilməməsi. Məsuliyyət.
Qanunvericilik hakimiyyəti.
Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi. Azərbaycan
Respublikası Milli Məclisinin say tərkibi. Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları. Azərbaycan Respublikası Milli Məclisi çağırışının
səlahiyyət müddəti. Azərbaycan Respublikası
Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
səlahiyyətinin bitməsi. Azərbaycan
Respublikası Milli Məclisinin sessiyaları: Milli Məclisin sessiyaları, ilk
iclasının çağırılması, növbədənkənar sessiyaları, sessiyaların iclaslarının
keçirilmə forması. Azərbaycan Respublikası
Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
toxunulmazlığı. Azərbaycan Respublikası Milli
Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili.
Azərbaycan Respublikası Milli Məclisinin aktları.
Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar: Milli
Məclis tərəfindən müəyyən edilən ümumi qaydalara dair 83 və 63 səs çoxluğu ilə
qəbul edilən qanunlar, müəyyən edilən ümumi qaydalara əlavələr edilməsi.
Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər: Milli Məclisin
həll etdiyi məsələlərə dair qəbul edilən qanunlar və qərarlar, həll etdiyi
məsələlərə əlavələr edilməsi. Qanunvericilik təşəbbüsü hüququ: qanunvericilik
təşəbbüsü hüququnun mənsubiyyəti və həyata keçirilməsi, qanun və qərar
layihələrinin müzakirəyə çıxarılması və səsə qoyulması müddəti, layihələrdə
dəyişikliklər. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti. Azərbaycan
Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi.
İcra hakimiyyəti
İcra
hakimiyyətinin mənsubiyyəti.Azərbaycan Respublikasının Prezidentliyinə
namizədlərə aid tələblər. Azərbaycan Respublikası Prezidenti seçkilərinin
əsasları və yekunları: Prezidentin seçilməsi, səlahiyyət müddətinin uzadılması,
seçkilərin yekunlarının elan edilməsi. Azərbaycan Respublikasının Prezidenti
seçilmiş şəxsin andı. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini
daimi icra edə bilməməsi.Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə
onun səlahiyyətlərinin icrası: növbədənkənar Prezident seçkiləri, Prezidentin
səlahiyyətlərinin icrası. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması. Azərbaycan
Respublikası Prezidentinin təminatı. Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətləri. Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunların
imzalanması. Hərbi vəziyyət elan edilməsi. Fövqəladə vəziyyət tətbiq edilməsi.
Azərbaycan Respublikası Prezidentinin aktları. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin statusu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iclasları. Azərbaycan Respublikası Baş nazirinin təyin
edilməsi qaydası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər. Azərbaycan
Respublikası Baş nazirinin toxunulmazlığı. Yerlərdə icra hakimiyyəti.
Məhkəmə hakimiyyəti
Məhkəmə
hakimiyyətinin həyata keçirilməsi. Hakimliyə namizədlərə aid tələblər.
Hakimlərin müstəqilliyi. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas
prinsipləri və şərtləri. Hakimlərin toxunulmazlığı. Məhkəmə qərarları və
onların icrası. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: Konstitusiya
Məhkəməsi hakimlərinin sayı, təyin edilməsi, Konstitusiya Məhkəməsinin həll
etdiyi məsələlər, Konstitusiya və qanunların şərhi, Konstitusiya Məhkəməsinə
şikayət, müraciət, sorğu verilməsi, qanunlar, digər aktlar və onların ayrı-ayrı
müddəalarının və hökumətlərarası müqavilələrin qüvvədən düşməsi, dövlətlərarası
müqavilələrin qüvvəyə minməməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Azərbaycan Respublikasının apellyasiya məhkəmələri. Azərbaycan Respublikasının
Prokurorluğu.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan
Muxtar Respublikasının statusu. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin
bölünməsi. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər: Ali Məclisin müəyyən
etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər, bu məsələlərə dair qanunlar və
qərarların qəbul edilməsi. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
Nazirlər Kabinetinin tərkibi, Baş nazirin təyin edilməsi, Nazirlər Kabinetinin
həll etdiyi məsələlər və qəbul etdiyi aktlar. Naxçıvan Muxtar Respublikasında
yerli icra hakimiyyəti.
Bələdiyyələr
Yerlərdə
özünüidarənin təşkili. Bələdiyyələrin işinin təşkili. Bələdiyyələrin
səlahiyyətləri. Bələdiyyələrin qərarları. Bələdiyyələrin müstəqilliyinin
təminatı.
Qanunvericilik sistemi
Azərbaycan
Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi. Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan aktlar. Normativ hüquqi aktlar. Bələdiyyə
aktları. Beynəlxalq aktların hüquqi qüvvəsi.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif
edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
səlahiyyətlərinin məhdudlaşdırılması. Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün
məhdudlaşdırılması.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul
edilməsi qaydası.
Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin
təklif edilməsi təşəbbüsü. Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələrin təklif edilməsi
təşəbbüsünün məhdudlaşdırılması.
2. Dövlət qulluğuna dair
qanunvericilik
2.1. Dövlət qulluğu haqqında
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublİkasının Qanunu
Ümumi müddəalar
Qanunun
məqsədi. Dövlət qulluğu: anlayışı, kimlərə şamil olunur, dövlət qulluğunun
xüsusi növü. Dövlət qulluğunun əsas vəzifələri. Dövlət qulluğunun prinsipləri.
Dövlət qulluğunu idarəetmə orqanları. Dövlət qulluğu haqqında qanunvericilik.
Dövlət orqanları
Dövlət
orqanı anlayışı. Dövlət orqanlarının təsnifatı.
Dövlət qulluğu vəzifəsi
Dövlət
qulluğu vəzifəsinin anlayışı. Dövlət orqanlarında vəzifələrin təsnifatı.
İnzibati və yardımçı vəzifələrin təsnifatı. İnzibati və yardımçı vəzifələrin
təsnifat toplusu. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri.
Dövlət qulluqçusu
Dövlət
qulluqçusu. Dövlət qulluqçusunun andı. Dövlət qulluqçularının ixtisas
dərəcələri. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilmə. Dövlət
qulluqçusunun əsas vəzifələri. Dövlət qulluqçusunun əsas hüquqları. Dövlət
qulluğu ilə əlaqədar məhdudiyyətlər. Dövlət qulluqçuları üçün təminatlar:
təminatlar, dövlət qulluqçusunun aşağı maaşlı vəzifəyə keçirilməsi, dövlət
hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin
dəyişməsinin nəticəsi. Dövlət məvacibi. Dövlət qulluqçusunun təcrübə,
yenidənhazırlanma və ixtisasartırma keçməsi: əlavə peşə təhsili, onun qulluq
stajına daxil edilməsi, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə üçün
əsaslar. Dövlət qulluqçularının pensiya təminatı: pensiya təminatı üçün əsas və
onun qaydası, pensiyanın məbləği və xidmət illərinin minimum həddi, ömürlük
müavinət, dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra pensiyanın ödənilməsi
məsələsi. Dövlət qulluqçularının mükafatlandırılması. Dövlət qulluqçusunun
məsuliyyəti: məsuliyyətin səbəbləri, tənbeh tədbirlərinin növü və tətbiqi,
araşdırma və xidməti yoxlama, tənbeh tədbirinin verilməsi müddəti, tənbeh
tədbirinin tətbiq edilməsi barədə əmrdən şikayət. Qanunsuz göstərişin yerinə
yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti.
Dövlət qulluğu keçmə
Dövlət
qulluğuna qəbul edilmək hüququ. Dövlət qulluğuna qəbul: dövlət qulluğuna
qəbulun əsasları, müsabiqə, namizədlərin təqdimatı və vəzifəyə təyin edilməsi,
staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət qulluğu. İnzibati
vəzifələrin tutulması: inzibati vəzifələrin tutulması yolları. Dövlət
qulluğunun şərtləri: iş vaxtı, məzuniyyət, xidməti ezamiyyətə göndərilən və ya
müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun təminatları.
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi: müddəti, məqsədi,
nəticələrinin nəzərə alınması, həyata keçirilməsi, qiymətləndirilmə meyarları
və verilən qiymətlər, qiymətləndirmənin nəticələrinin rəsmiləşdirilməsi və
saxlanılması, qiymətləndirilmə qaydalarına dair normativ hüquqi aktların
qəbulu. Dövlət qulluqçusunun attestasiyası. Dövlət qulluğunda irəli çəkilmək
hüququ. Dövlət qulluğuna xitam verilməsi: dövlət qulluğuna xitam verilmə üçün
əsaslar, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına
çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda təminatı, dövlət
qulluğundan çıxma barədə ərizə verildikdə dövlət qulluğunun davam etdirilməsi məsələsi.
Yekun müddəalar
Dövlət
qulluğu keçmənin digər məsələləri. Qanunun qüvvəyə minməsi.
2.2.
fərmanlar
2.2.1. Dövlət orqanlarında dövlət
qulluqçusuna qulluq stajına görə
əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları
əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları
Dövlət
qulluqçusuna qulluq stajına görə əlavə haqqın verilməsi, əlavə haqqın
ödənilməsi, qulluq stajının hesablanması, qulluq stajı hesablanarkən nəzərə
alınan dövrlər, qulluq stajı haqqında sənəd, qulluq stajının hesablanması
zamanı yaranmış fikir ayrılığının həlli.
2.2.2. İnzibati və yardımçı
vəzifələrin Təsnifat Toplusu
Ümumi müddəalar. İnzibati və
yardımçı vəzifələrin təsnifatları və adları.
2.2.3. Dövlət orqanlarında dövlət
qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları
Dövlət
qulluğuna qəbulun əsasları, müsabiqə, vakant vəzifələrin tutulmasının ümumi
şərtləri, müsabiqədə iştirak üçün sənədlərin qəbulu, sənədlərin yoxlanılması,
müsabiqədən kənarlaşdırılma, test imtahanının təşkili, keçirilməsi,
qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifatı
üzrə keçid ballarının müəyyən edilməsi, namizədin müsahibəyə buraxılması,
müsahibə komissiyası, müsahibənin keçirilməsi qaydaları və keçid ballarının müəyyən
edilməsi, müsabiqənin yekununa dair qərar, namizədlərin təqdimatı və vəzifəyə
təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət
qulluğu, ehtiyat kadr, apellyasiya şikayəti və onun araşdırılması.
3. Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Qanunun
əhatə dairəsi. Qanunun məqsədləri. Xidməti davranışın hüquqi tənzimlənməsi.
Etik davranış qaydaları
Vicdanlı
davranış. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması. Loyallıq. İctimai
etimad. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və
işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət. Mədəni
davranış. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi. Qərəzsizlik.
Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə
yol verilməməsi. Korrupsiyanın qarşısının alınması. Hədiyyə alma ilə əlaqədar
məhdudiyyətlər. Maraqlar toqquşmasının qarşısının alınması. Əmlakdan istifadə.
Məlumatlardan istifadə. İctimai və ya siyasi fəaliyyət.
Etik davranış qaydalarının həyata keçirilməsinin təmin
olunması
Təminatlar
sistemi. Etik davranış qaydalarına əməl olunmasına nəzarət. Dövlət orqanının
rəhbəri tərəfindən nəzarət. Nəzarət orqanının səlahiyyətləri. Etik davranış
qaydalarının pozulmasına görə məsuliyyət.
4. Korrupsiyaya qarşı
mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Korrupsiyanın anlayışı. Korrupsiya ilə əlaqədar
hüquqpozmaların subyektləri. Qanunun tətbiq
dairəsi. Korrupsiyaya qarşı mübarizəni həyata
keçirən orqanlar.
Korrupsiyanın qarşısının alınması
Maliyyə xarakterli tələblər. Maliyyə xarakterli tələblərin
pozulmasına görə məsuliyyət.
Yaxın qohumların birgə işləməsinə yol verilməməsi.
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara
görə məsuliyyət
Korrupsiya ilə əlaqədar hüquqpozmalar. Korrupsiya ilə əlaqədar
hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti. Korrupsiya
hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan
qaldırılması
Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş
imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi.
5. Məlumat azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Məlumat azadlığı. Məlumat
azadlığının təminatı. Qanunun təyinatı. Məlumat münasibətlərinin subyektləri.
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri. Məlumatın əldə
edilməsi üçün təminatlar. Məlumat mənbələri. Məlumatın əldə edilməsi. Açıq
məlumatın əldə edilməsi. Alınması məhdudlaşdırılan məlumat. Məlumatın əldə
edilməsi barədə müraciət. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək
hüququ. Şəxsiyyət haqqında məlumat. Şəxsiyyətin onun haqqında toplanmış
məlumatla tanış olmaq hüququ. Bu Qanunun tələblərinin pozulmasına görə
məsuliyyət.
6. Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Müraciət
еtmək hüququ. Vətəndaşların müraciətlərinə baхılması qaydası haqqında
qanunvеricilik. Əsas anlayışlar. Qanuna aid оlmayan sahələr. Dövlət hakimiyyəti
оrqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri.
Vətəndaşların qəbul еdilmə qaydası. Müraciətə baхılması qaydası. Müraciətlə
bağlı kargüzarlığın aparılma qaydası. Qərardan şikayət еtmək hüququ. Müraciətə
baхılma müddəti. Qanunun pоzulmasına görə məsuliyyət. Əcnəbilərin və
vətəndaşlığı оlmayan şəхslərin müraciətlərinə baхılması qaydası.
7. İnformasiya əldə etmək haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Qanunun
məqsədi. İnformasiya əldə etmək azadlığı. Əsas anlayışlar. Qanunun tənzimləmə
sahəsi. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi. İnformasiya əldə olunmasının əsas prinsipləri.
Sənədləşdirilmiş informasiya (sənəd). Sənədin saxlanması, komplektləşdirilməsi
və mühafizəsi. İnformasiya sahibləri.
İnformasiya əldə olunmasının təşkili
İnformasiya
sahibinin vəzifələri. İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət.
Sənədlərin reyestri.
İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin
edilməsi
İnformasiya
sorğusunun təqdim edilmə üsulu. İnformasiya əldə etmənin formaları.
İnformasiyanın əldə edilməsi haqqında sorğu. İnformasiya sorğusunun icra olunma
üsulları. İnformasiya sahibinin sorğuçuya kömək göstərmək vəzifəsi. İnformasiya
sorğusunun qeydə alınması. İnformasiya sorğusunun öyrənilməsi. Araşdırmanın
nəticəsi barədə qərar. İnformasiya sorğusunun icra edilməsindən imtina.
İnformasiya sorğusunun təmin edilməsi. İnformasiya sorğusunun aidiyyəti üzrə
göndərilməsi. İnformasiya sorğusunun icra müddəti. İnformasiya sorğusunun icra
müddətinin uzadılması. İnformasiyanın əldə olunmasına görə ödəniş. İnformasiya
sorğusunun icra olunmuş sayılması. İnformasiya sorğusunun icrasının və
icrasından imtinanın qeydə alınması.
İnformasiyanın açıqlanması
İnformasiya
sahibinin informasiyanı açıqlamaq vəzifəsi. İnformasiyanın açıqlanması üsulları.
İnformasiyanın açıqlanması üsulunun seçilməsi. İnternet informasiya
ehtiyatlarının yaradılması vəzifəsi. İnternet informasiya ehtiyatlarına verilən
tələblər.
İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulması
İnformasiyanın
təsnifatı.İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab
edilməsinin əsasları. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş
hesab edilməsi qaydası. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş
hesab edilməsinə qoyulan məhdudiyyətlər. Fərdi məlumatlar. Xidməti istifadə
üçün nəzərdə tutulan informasiyanın əldə olunması. İnformasiyanın əldə olunması
üzərində məhdudiyyətin müddətləri. Xidməti istifadə üçün nəzərdə tutulan
informasiyanın qorunması.
Qanunun
icrasına nəzarət
8. Dövlət sirri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Əsas
anlayışlar. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.
Qanunun təsir dairəsi. Dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin
məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri. Dövlət sirri təşkil edən məlumatların siyahısı.
Məlumatların dövlət sirrinə aid edilməsi, onların
məxfiləşdirilməsi və məxfiliyinin açılması
Məlumatların
dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri. Dövlət
sirrinə aid edilməyən və məxfiləşdirilməyən məlumatlar. Məlumatların məxfilik
dərəcələri və bu məlumatların daşıyıcılarının məxfilik qrifləri. Məlumatların
dövlət sirrinə aid edilməsi qaydası. Məlumatların və onların daşıyıcılarının
məxfiləşdirilməsi qaydası. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar olaraq
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və təşkilatlarının
həmin məlumat üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması. Dövlət sirri
təşkil edən məlumat daşıyıcılarının rekvizitləri. Məlumatların məxfiliyinin
açılması qaydası. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin
açılması qaydası. Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və
təşkilatlarının, dövlət hakimiyyəti orqanlarının məlumatların məxfiliyini açmaq
haqqında sorğularının icrası.
Dövlət sirri təşkil edən məlumatlar barəsində sərəncam
verilməsi
Dövlət
hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil
edən məlumatları bir-birinə verməsi. Dövlət sirri təşkil edən məlumatların
birgə və başqa işlərin görülməsi ilə əlaqədar verilməsi. Dövlət sirri təşkil
edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi. Hüquq
münasibətləri subyektlərinin funksiyaları dəyişdikdə dövlət sirri təşkil edən
məlumatların mühafizəsi.
Dövlət sirrinin mühafizəsi
Dövlət
sirrini mühafizə orqanları. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri
ilə işləməyə buraxılması. Dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi
qaydaları. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan
imtina edilməsi üçün əsaslar. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə
işləməyə buraxılmasına xitam verilməsi şərtləri. Dövlət sirri ilə işləməyə
buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın
hüquqlarının məhdudlaşdırılması. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili. Müəssisə, idarə
və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı
işlərin icrasına buraxılması. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması.
Dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Dövlət
sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə
məsuliyyət və mübahisələrə baxılma qaydası.
Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət
Dövlət
sirrinin mühafizəsinin təmin olunmasına nəzarət. Dövlət sirrinin mühafizəsinin
təmin olunmasına idarələrarası və idarə nəzarəti.
9.
Normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Ümumi
müddəalar
Hüquqi
aktın anlayışı. Normativ hüquqi aktın anlayışı. Normativ xarakterli aktın
anlayışı. Lokal normativ hüquqi aktın anlayışı. Texniki normativ hüquqi aktın
anlayışı. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Qeyri-normativ
hüquqi aktlar və onların hüquqi qüvvəsi. Normativ xarakterli aktlar və onların
hüquqi qüvvəsi.
Normativ
hüquqi aktların növləri
Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları. Azərbaycan Respublikası
Prezidentinin normativ hüquqi aktları. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktları. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları.
Normativ hüquqi aktın
strukturu
Normativ
hüquqi aktların rekvizitləri.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi
və qüvvəyə minməsi
Normativ
hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri. Normativ hüquqi aktların
qüvvəyə minməsi.
Normativ
hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi və icrası
Normativ
hüquqi aktın zamana görə qüvvəsi. Normativ hüquqi aktın geriyə qüvvəsi.
Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi. Normativ hüquqi aktın
qüvvəsinin itirilməsi. Normativ hüquqi aktların icrasına nəzarət.
10. Azərbaycan Respublikasında
dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Ümumi müddəalar
Dövlət
dilinin hüquqi statusu. Azərbaycan Respublikasında dövlət dili haqqında
qanunvericilik. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində
dövlətin əsas vəzifələri
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
Dövlət
dilinin rəsmi mərasimlərdə işlənməsi. Dövlət dilinin təhsil sahəsində
işlənməsi. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi. Dövlət
dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi. Dövlət dilinin
xüsusi adlarda işlənməsi. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən
istifadə. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi. Dövlət
dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat
fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə
icraatda işlənməsi. Dövlət dilinin beynəlxalq
yazışmalarda işlənməsi. Dövlət dilinin normaları. Dövlət dilinin əlifbası.
Dövlət dilinin nəşriyyat işində işlənməsi. Dövlət dilinin vətəndaşların
şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi. Dövlət
dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi
şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında
işlədilməsi. Dövlət dilinin qorunması və inkişafı.
Yekun müddəaları
Qanunun
pozulmasına görə məsuliyyət.
11.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Əmək
müqaviləsinə xitam verilərkən işçilərin təminatları. İşçilərin ixtisarı zamanı
işdə saxlanmağa üstünlüyü olan şəxslər. Əmək müqaviləsinin ləğv olunması
qadağan edilən işçilər və hallar. Əmək müqaviləsinin işəgötürən tərəfindən
ləğvi zamanı razılaşmalar.
Əmək müqavilələrinin bağlanması, şərtlərinin
dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları
İşçiyə
arayışların, xasiyyətnamənin verilməsi.
İş vaxtının növləri və tənzimlənməsi qaydaları
Həftəlik
tam iş vaxtının müəyyən edilməsi. Xüsusi xarakterli işlərdə çalışan işçilərin
qısaldılmış iş vaxtı. Natamam iş vaxtı.
İstirahət vaxtı
İstirahət
və nahar üçün fasilə. İstirahət günləri. Bayram günləri. Səsvermə günü.
Ümumxalq hüzn günü. İstirahət, səsvermə, bayram günlərində və ümumxalq hüzn
günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi. İstirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş
gününün müddəti. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi.
Məzuniyyət hüququ və onun təmin edilməsi
İşçilərin
məzuniyyət hüququ. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları.
Məzuniyyətin növləri. Əmək məzuniyyəti və onun verildiyi iş ili.
Əmək məzuniyyətlərinin müddətləri
Əsas
məzuniyyət və onun müddətləri. Əmək şəraitinə və əmək funksiyasının
xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri. Əmək stajına görə əlavə
məzuniyyətlərin müddətləri və verilmə qaydası. Uşaqlı qadınların əlavə
məzuniyyətləri. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin
əmək məzuniyyətinin müddəti.
Yaradıcılıq və təhsil məzuniyyətləri
Yaradıcılıq
məzuniyyətləri və onların müddətləri. Ödənişli təhsil məzuniyyətləri. Təhsil
məzuniyyətlərinin müddətləri.
Sosial məzuniyyətlər
Hamiləliyə
və doğuşa görə məzuniyyətlər. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət
hüquqları. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə
qaydaları.
Ödənişsiz məzuniyyətlər
Ödənişsiz
məzuniyyətdən istifadə hüququ. Ödənişsiz məzuniyyətlərin növləri. İşçilərin
xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.
Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi
qaydaları
Məzuniyyətdə
olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi.
Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək
haqqından tutulmalar
Əmək
haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası.
Orta
əmək haqqı və onun saxlanılması üzrə təminatlar
İşçilərin
iş yerinin və orta əmək haqqının saxlandığı hallar.
İşəgötürənin
və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti. Maddi
məsuliyyətin başlanması və onu sübut etmək şərtləri. Vurulan ziyanın
ödənilməsinin təmin edilməsi şərtləri.
Əməyin
mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik. Əməyin
mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri. Əməyin
mühafizəsinin əsas prinsipləri.
Fərdi
əmək mübahisələrinə baxan orqanlar. Fərdi əmək mübahisələrinin həllində iddia
müddətləri.
12.
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat
Təlimatın
tələblərinə riayət olunmasına nəzarət.
Ümumi müddəalar
Kargüzarlığın
aparılması qaydalarına riayət olunmasına nəzarət, kargüzarlıq xidmətinin
vəzifələri, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi.
Sənədlərin
hazırlanması üçün ümumi tələblər
Göndərilən
sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində sənədin razılaşdırılması
və viza.
Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər
Rəsmiləşdirmənin
həyata keçirilməsi, sənədin imzalanması, iki və ya daha artıq şəxsin məsuliyyət
daşıdığı sənədlərin rəsmiləşdirilməsi, sənədlərin təsdiq edilməsi, sənədlərə
möhür vurulması.
Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan
tələblər
Təşkilatın
adının və onun struktur bölməsinin adının yazılışı, böyük hərflə yazılması
qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələr, vəzifə adlarının
yazılışı.
Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası
Sənədlərə
edilən əlavələr, sənədlərə əlavə edilən qoşma.
Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və
stenoqrafiya işləri
Sənədlərin
surətlərinin çıxarılması və onların aidiyyəti tərəflərə verilməsi.
Qərarların hazırlanması və tərtib edilməsi
Qərarın
qəbul edilməsi və onun mətni, qərarın şərh və sərəncam hissəsi, qəbul edilmiş
qərarların imzası.
Sərəncamların hazırlanması və tərtib edilməsi
Sərəncamın
mətni, sərəncamın imzalanması.
Əmrlərin hazırlanması və tərtib edilməsi
Əmrin
şərh və sərəncam hissəsi.
Protokolların hazırlanması və tərtib edilməsi
Protokolun
yazılması və onun giriş və əsas hissəsi, protokolun imzalanması.
Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib
edilməsi
Arayışın
hissələri, arayışın imzalanması, vətəndaşların xahişi ilə arayışın tərtib
olunması.
Aktın hazırlanması və tərtib edilməsi
Aktın
hissələri, aktın giriş və əsas hissəsi, aktın imzalanması.
Məktub, teleqram və telefonoqramın hazırlanması və
tərtib edilməsi
Məktubların
tərtib edilməsi, məktubun hissələri, teleqram.
Sənədlərin dövriyyəsinin təşkili
Sənədlərdə
dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən baxılması, sənədin əsas
icraçısı, daxili sənədlərin hazırlanması, sərəncam mahiyyətli sənədlərin
layihələrinin imzalanması.
Sənədlərin icrasına
nəzarətin təşkili
Sənədlərin
icrasına nəzarət, sənədlərin icrasına nəzarətin həyata keçirilməsi, sənədlərin
xüsusi nəzarətə götürülməsi, sənədlərdə xüsusi icra müddətinin müəyyən
olunması.
13. Azərbaycan
Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik
13.1. Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr.
Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər.
Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər.
Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi. Azərbaycan
Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi. Azərbaycan
Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi. Azərbaycan
Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində
istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə
qaldırılması (asılması) və ya yerləşdirilməsi. Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsinə dair tələblər. Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsinə dair məhdudiyyətlər. Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Yekun
müddəaları.
QEYD:
Test imtahanında yalnız yuxarıda göstərilmiş
mövzular (bəndlər) üzrə namizədlərin bilikləri yoxlanılacaq.
Комментариев нет:
Отправить комментарий