Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında
AZƏRBAYCAN
RESPUBLIKASININ QANUNU
Vətəndaşların dövlət orqanlarına
təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan
hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.
Maddə 1. Müraciət
etmək hüququ
Azərbaycan
Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci
hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət
orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv
yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla
müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab
verilməlidir.
Maddə 2. Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik
Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan
Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Əsas
anlayışlar
Təklif —
dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin
yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa
sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.
Ərizə —
vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə
tutan müraciət.
Şikayət —
dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn
bərpası tələbi barədə müraciət.
Maddə 4. Bu Qanuna
aid olmayan sahələr
Bu Qanunun qüvvəsi
məhkəmə icraatı və ya inzibati
icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlərin
baxılmasına şamil edilmir.[1]
Hərbi qulluqçuların
xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət
nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır.
Referendumun keçirilməsi ilə əlaqədar
müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.[2]
Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə
baxılması qaydası müvafiq qanunla tənzimlənir.[3]
İnformasiya əldə edilməsi üçün sorğunun
verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası
müvafiq qanunla tənzimlənir.[4]
Məişət zorakılığı barədə şikayətdə
cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası “Məişət
zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilir.[5]
Maddə 5. Dövlət
hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri
Dövlət hakimiyyəti orqanları, idarələr,
təşkilatlar, müəssisələr Azərbaycan
Respublikası Konstitusiyası və qanunları ilə müəyyən
edilən və təminat verilən qaydada Azərbaycan Respublikasıvətəndaşlarının
yazılı və şifahi şəkildə təkliflər
vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna
zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının
həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr,
təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər
vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul
etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla
müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər
görməyə və onlara cavab verməyə borcludurlar.
Dövlət hakimiyyəti orqanlarının,
idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər
vəzifəli şəxsləri
təkliflərə, ərizə və şikayətlərə baxarkən:
onların mahiyyətini
diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli
və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;
təkliflərin, ərizə və şikayətlərin
baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat
verməli, onlar təmin edilmədikdə bunun səbəblərini
göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
təklif, ərizə və şikayətlər
barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu
qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin
etməlidirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr,
təşkilatlar, müəssisələr vətəndaşların
müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq
yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin
pozulmasıilə əlaqədar təkrar ərizə və şikayətlərin
verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün
tədbirlər görməlidir.
Maddə 6. Vətəndaşların
qəbul edilmə qaydası
Dövlət hakimiyyəti orqanları, idarə,
təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri
vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər.
Vətəndaşlar əvvəlcədən məlumat
verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.
Zəruri hallarda dövlət hakimiyyəti
orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər
vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.
Maddə 7. Müraciətə baxılması
qaydası
Vətəndaşlar təklifləri
və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət
hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya
vəzifəli şəxslərə verirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr,
təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər
vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların
səlahiyyətinə aid olmadıqda, bunları beşgündən gec olmayaraq müvafiq
təşkilata göndərir və bu barədə müraciət edənə məlumat
verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu
izah edir.
Müraciətdə göstərilən
məsələyə baxıldıqda və bu
barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət
baxılmış hesab olunur.
Dövlət hakimiyyəti orqanı başqa
orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların
müraciətlərini aiddiyyəti üzrə baxılması üçün
göndərdikdə və həmin müraciətin baxılması nəzarətdəsaxlandıqda
isə həmin orqanlar, idarələr, təşkilatlar müəssisələr
müraciətlə bağlı dövlət hakimiyyəti
orqanına əsaslandırılmış və bu Qanunda
nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti
orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin,
təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.
Yazılı müraciət
vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı,
soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.Müraciətdə həmin
məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim
müraciətlərə baxılmır.
Vətəndaşların şikayətlərini
baxılmaq üçün qanuna zidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya
vəzifəli şəxslərə göndərmək qadağandır.
Dövlət hakimiyyəti orqanları
müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata
keçirə bilər. [7]
Maddə 8. Müraciətlə
bağlı kargüzarlığın aparılma qaydası
Vətəndaşların təklif, ərizə və şikayətləri
mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini
və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi
ilə təklifin, ərizənin vəşikayətin qeydə alınma nömrəsi
və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri
ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir.
Kargüzarlıq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.
Maddə 9. Qərardan
şikayət etmək hüququ
Öz təklifi, ərizəsi, şikayəti
barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu
qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin
və ya vəzifəli şəxsin bilavasitə tabe olduqlarıorqana və ya
vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna
malikdir.
Şikayətlər qanunvericilikdə nəzərdə tutulan
qaydada məhkəməyə verilə bilər.
Maddə 10. Müraciətə
baxılma müddəti
Qanunvericilikdə nəzərdə tutulan hallar
istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə
tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi
və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15
gün ərzində baxılmalıdır. [8]
Müraciətə baxılmaq üçün
xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa
tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın,
müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini
müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət
edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti
orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti
orqanına məlumat verilməlidir.
Hərbi qulluqçuların və onların
ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15
gün ərzində baxılır.
Əgər məlumatın verilməsi barədə
müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan
məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün
olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır. [10]
[11]Maddə
10-1. Korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri
10-1.1. Dövlət hakimiyyəti orqanlarında
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin
xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.
10-1.2. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının
rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti
araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən
həyata keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa çatdırılmalı və
nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə
materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda
dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla
bilər.
10-1.3. Dövlət hakimiyyəti orqanının
rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdağı
qərarlardan birini qəbul edir:
10-1.3.1. müraciətin əsaslı olduğu
təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya
inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi, cinayət
əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;[12]
10-1.3.2. müraciətin əsaslı olduğu
təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti
yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə;
10-1.3.3. müraciətin əsaslı olması
təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə.
10-1.4. Qəbul edilmiş qərar haqqında
müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan
şikayət vermək hüququ izah edilir.
10-1.5. Dövlət hakimiyyəti orqanının
rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa
şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət
vermək hüququnu məhdudlaşdırmır.
10-1.6. Dövlət hakimiyyəti orqanları
hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla
müəyyən edilmiş ümumi qaydada baxılır.
Maddə 11. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Dövlət hakimiyyəti orqanları, idarə,
təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin
qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət
daşıyırlar.
Vətəndaşların
təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən
edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər
verməklə əlaqədar olaraq, yaxud
onlardakı tənqidə görə vətəndaşlarıtəqib etməkdə təqsiri
olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam,
mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.
Vətəndaş böhtan
məqsədilə ərizə və ya şikayət verdikdə,
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 12. Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası
Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
müraciətlərinə baxılması Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda
nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri,
10 iyun 1997-ci il
№ 314-IQ
Комментариев нет:
Отправить комментарий